Gürcüstanın yeni patriarxının taxta çıxma mərasimi KEÇİRİLİR
Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Yeni seçilmiş Bütün Gürcüstanın Katolikos-Patriarxı III Şio taxta çıxma mərasiminin keçiriləcəyi Mtsxetadakı Svetitsxoveli Katedrali məbədinə gəlib.
Redaktor.az xəbər verir ki, bu barədə TASS agentliyinin müxbiri məlumat yayıb.
Mərasimdə Gürcüstan Pravoslav Kilsəsinin yepiskopları, Müqəddəs Sinodun üzvləri və din xadimləri iştirak edirlər. Eyni zamanda Gürcüstan hökumətinin və parlamentinin nümayəndələri də tədbirə qatılıblar.
142-ci Katolikos-Patriarxın taxta çıxma mərasiminə Gürcüstanda akkreditə olunmuş diplomatik korpusun üzvləri, o cümlədən Tbilisidəki İsveçrə səfirliyinin Rusiya maraqları bölməsinin rəhbəri Dmitri Olisov də dəvət olunub.
Məlumata görə, Svetitsxoveli Katedralında əvvəlcə İlk Çağırış Müqəddəs Andreyin bayramı münasibətilə dini mərasim keçiriləcək, daha sonra isə taxta çıxma mərasimi baş tutacaq.
Mərasim zamanı III Şioya patriarxın ənənəvi qırmızı xalatı geyindiriləcək, başına xaç formalı patriarx skufiası qoyulacaq və ona patriarxal əsa təqdim ediləcək.
Xatırladaq ki, bazar ertəsi Müqəddəs Üçlük Katedrali məbədində Gürcü Kilsəsinin genişləndirilmiş iclası keçirilib və Müqəddəs Sinodun 39 üzvü yeni patriarxın seçilməsi üçün səs verib.
Martın 17-də vəfat edən II İlyadan sonra patriarx səlahiyyətlərini icra edən 57 yaşlı yepiskop Şio 22 səs toplayaraq yeni patriarx seçilib.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 12 May 2026 10:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















