Icma.az
close
up
RU
Gürcüstanın yeni prezidenti xaosun qarşısını ALACAQ

Gürcüstanın yeni prezidenti xaosun qarşısını ALACAQ

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Bir müddət əvvəl Mixail Kavelaşvili Gürcüstanın yeni prezidenti seçilib. Hakim “Gürcü Arzusu” partiyasının namizədi olan Kavelaşvili 300 seçicidən 224 səs toplayıb. Ümumilikdə səsvermədə 225 Kollegiya üzvü iştirak edib, 1 bülleten etibarsız sayılıb.

Kavelaşvilinin andiçmə mərasimi dekabrın 29-da keçiriləcək. Hakimiyyət nümayəndələri müxalifətin həmin gün təxribatlar törədəcəyindən ehtiyat edir.

Gürcüstanın hazırkı prezidenti Solome Zurabişvili isə vəzifədən getmək niyyətində olmadığını bildirib.

Məsələ ilə bağlı Modern.az-a danışan politoloq Elxan Şahinoğlu bildirib ki, Salome Zurabşvili artıq heç nə edə bilməz:

"Prezident artıq seçildi və fəaliyyətə də başlayır. Daha  Zurabşvili dövrü də bitdi. O, yeni prezidenti və parlamenti tanımadığını desə də, faktiki yerini boşaltmalı olacaq. Salome Zurabşvilinin indiki hakimiyyətlə başa-baş gəlib mübarizə apara biləcək xarizması da yoxdur.  Bu baxımdan "Gürcü Arzusu" Partiyası və yeni prezident etirazların getdikcə səngiməsinə çalışacaq.Onsuz da artıq etirazçılar arasında yorğunluq özünü göstərir. Əvvəlki günlərdəki kimi etiraz dalğası yoxdur".

E.Şahinoğlu Gürcüstanda xaosun səngiyəcəyini deyib:

"Prezident qarşısında ciddi problemlərin olacağını gözləmirəm. Konstitusiyaya görə də prezidentin elə böyük səlahiyyəti yoxdur. Əsas İrakli Kobaxidzedir. Ona görə hesab edirəm ki, prezident hakim partiya ilə ittifaq içərisindədir. Zurabşivili ilə iqtidar arasında dərin ixtilaf  vardı. Bu da əlavə xaos yaradırdı. Bu xaos da ortadan qaldırılıb. Prezident də artıq hakimiyyətin nümayəndəsidir. Prezident institutu ilə hökumət arasında ixtilaf olmayacaq. Bu da hökumətə imkan verəcək ki, heç olmasa bir qarşıdurmadan yayına bilsin".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 Dekabr 2024 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see331

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see316

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see309

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see308

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see289

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see280

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see275

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see266

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see254

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see241

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see240

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see240

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see237

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see236

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see232

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see230

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see222

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see201

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see185

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri