Xəzərdən içməli su alınacaq 407 milyon dollarlıq layihə
Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.
Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda Xəzər dənizinin suyunun duzsuzlaşdırılması üzrə zavodun tikintisi layihəsinin maliyyələşdirilməsi imkanını nəzərdən keçirir.
"AzPolitika" "Report"a istinadən xəbər verir ki, bank tərəfindən nəzərdə tutulan kredit vəsaitinin həcmi hər biri 70 milyon ABŞ dolları olmaqla iki kredit xəttinə bölünərək 140 milyon ABŞ dollarına çatır.
Layihənin ümumi dəyəri 407 milyon ABŞ dolları məbləğində qiymətləndirilir.
Layihə çərçivəsində əks osmos texnologiyası ilə işləyən duzsuzlaşdırılma müəssisəsinin layihələndirilməsi, inşası, maliyyələşdirilməsi, istismarı və texniki xidməti planlaşdırılır. Zavodun layihə üzrə məhsuldarlığı gündəlik 300 min kubmetr su təşkil edəcək, yüksək istehlak dövrlərində isə müəssisənin gücü gündəlik 330 min kubmetrə qədər artırıla bilər.
Baxış sayı:74
Bu xəbər 26 Oktyabr 2026 16:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















