Icma.az
close
up
RU
Gürcüstanla sərhəddə şərti sərhəd pozucularını zərərsizləşdirmə əməliyyatı icra olunub

Gürcüstanla sərhəddə şərti sərhəd pozucularını zərərsizləşdirmə əməliyyatı icra olunub

"Operativ Media" xəbər verir ki, “Qazax” əlahiddə sərhəd diviziyasına təşkil olunan media-tur iştirakçıları Qazax ərazisində yerləşən Babəkər sərhəd zastavasının xidməti ərazisində olublar. Jurnalistlər burada yaradılmış xidmət şəraiti ilə tanış olaraq, sərhədlərin mühafizəsi xidmətinin təşkilini müşahidə ediblər.

Bundan başqa, sərhəd zastavasının hərbi qulluqçuları Gürcüstanla sərhəddə şərti sərhəd pozucularını texniki vasitələr və xidməti heyvanlardan istifadə etməklə yaxalayaraq zərərsizləşdirmə əməliyyatını icra ediblər.

Həmçinin jurnalistlərə zastava haqqında məlumat verilib. Bildirilib ki, sözügedən zastavasının xidməti ərazisi əsasən Azərbaycan-Gürcüstan ərazisində yerləşir. Cəmi bir sərhəd məntəqəsi isə Ermənistanla şərti sərhəd sahəsinə düşür.

seeBaxış sayı:57
embedMənbə:https://operativmedia.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri