“Guya hansı müğənni mahnılarımı oxuyanda məndən icazə alır ki?” Xalq artisti
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Mahnı oxunmaq üçündür də. Guya digər müğənnilər oxuyanda məndən icazə alırlar? Mən mahnılarımı oxumağı heç kimə qadağa qoymuram. “Bayatılar” ı oxuyublarsa sağ olsunlar, çox razıyam. Hərhalda pis oxumayıb ki, o “Bayatılar”-a müraciət edib. Cavan ifaçılar da mahnılarıma müraciət edirlər. Mən heç kimə qadağan etmirəm. Mahnı xalq, camaat üçün yazılıb. Müğənnilər də xalqın, camaatın arasındadırlar da”
Bunu Moderator.az -a açıqlamasında xalq artisti Eldar Mansurov müğənni Türkan Vəlizadənin “Bayatılar”ı oxumasına münasibət bildirərkən deyib. O daha sonra əlavə edib:
“Yeni mahnı yazsaydım o başqa məsələ. Müğənniyə qonorar yeni yazılan mahnıya görə deyilir. Hansı ki, gəlir deyir ki, bu mahnını tək mənim üçün yaz, bəli qonorar ödəyir. Bu mahnı 35 ildir ki, oxunur. Hər dəfə bu mahnı oxunanda pul qazanmalı deyiləm ki. Mən düzü o müğənninin ifasını görməmişəm. Çünki efirləri az izləyirəm. Hər müğənni özünə görə ifa edir də. Düzdür, əvvəlki ifalar deyil, amma pis də oxumurlar. Bugünki günlə ayaqlaşıb başqa cür oxuyurlar. Mahnının möhürünü Brilliant Dadaşova vurub. Birinci onun ifasıdır” deyə sənətkar bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 08 Mart 2025 20:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















