Icma.az
close
up
RU
Güzəştlərin ləğvindən sonra avtomobil bazarında bahalaşma baş verəcək AÇIQLAMA

Güzəştlərin ləğvindən sonra avtomobil bazarında bahalaşma baş verəcək AÇIQLAMA

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

"Bu məsələ təkcə hibrid avtomobillərlə və onlara tətbiq olunan güzəştlərlə bağlı deyil. Bu dəyişiklikdən sonra vətəndaşlar məcbur olacaqlar ki, son 7 il ərzində istehsal olunmuş avtomobilləri ölkəyə gətirsinlər və ya daxili bazarda məhz bu tip avtomobilləri alsınlar. Buna görə məsələ təkcə hibrid avtomobillərlə məhdudlaşmır. Ümumiyyətlə, avtomobil bazarına ciddi təsir göstərəcək bir neçə qərar qəbul olunub".
Bu sözləri Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Vüqar Oruc deyib. 
O bildirib ko, Çin avtomobillərinin ölkə bazarında dominant mövqeyə sahib olmasının qarşısını almaq məqsədilə hibrid avtomobillərə tətbiq edilən bu güzəştlər müəyyən dərəcədə məhdudlaşdırıcı rol oynayacaq:
"Bu, avtomobillərin qiymətlərinə də təsir göstərəcək. Əgər vətəndaşlar yenidən dizel və benzin tipli avtomobillərə üstünlük versələr, onların da qiymətlərində dəyişiklik baş verəcək.Təkcə Azərbaycanda deyil, beynəlxalq miqyasda da oxşar vəziyyət müşahidə olunur. Məsələn, Amerika Birləşmiş Ştatlarında Çin istehsalı malların idxalına qarşı yüksək rüsumlar tətbiq edilir. Yalnız avtomobillər deyil, digər məhsullar üzrə də Çin istehsalının bazarda üstünlüyü məhdudlaşdırılır. Bu qərar daxili bazarda Çin məhsullarının payını azalda bilər"
Ekspert deyib ki, adətən vətəndaşlar ucuz olduqlarına görə daha çox Çin avtomobillərinə üstünlük verirlər:
"Hazırda bazarda olan hibrid avtomobillərin çoxu Çin istehsalıdır. Buna görə də bu qərar qiymət artımına səbəb olacaq. Hazırda Çin avtomobilləri satış bazarında digər markaları xeyli üstələyir. Bu qərardan sonra müəyyən sabitlik yarana bilər, lakin qiymət artımının həm Çin, həm də digər hibrid avtomobillərə təsir göstərəcəyi gözlənilir.
Ümumilikdə, bu qərardan sonra avtomobil bazarında bahalaşma müşahidə olunacaq".
Qeyd edək ki, 2026-cı ildən etibarən hibrid avtomobillərə tətbiq edilən güzəştlər aradan qaldırılacaq. 
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 Noyabr 2025 19:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see248

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see205

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see181

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see160

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see155

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see153

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see148

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see143

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see137

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see135

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see132

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see131

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see130

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see129

XVI turun 2 oyunu keçirilib

20 Dekabr 2025 21:50see127

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri