Haber Global Laçında keçirilən ECO Qadınlar Forumu ilə bağlı süjet hazırlayıb
Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.
Türkiyənin "Haber Global" telekanalı Laçında keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) Qadınlar Forumu ilə bağlı süjet hazırlayıb.
BAKU.WS xəbər verir ki, süjetdə tədbirə marağın böyük olduğu bildirilib.
Qeyd olunub ki, forum çərçivəsində fərqli müzakirələrə həsr olunan müxtəlif panellər təşkil olunur.
"Tədbirə Azərbaycanla yanaşı, Türkiyə, Özbəkistan, Pakistan, Tacikistan, Qırğızıstan, Türkmənistandan olan nazir müavinləri, deputatlar və digər rəsmilər qatılıb", - deyə vurğulanıb.
Videomaterialda həmçinin forumun şəhərləşmə, iqlim dəyişikliyi və digər bu kimi məsələlərdə qadınların roluna diqqət çəkməsi məqsədi daşıdığı da əlavə olunub.
Laçından birbaşa efirə qoşulan "Haber Global"ın əməkdaşı ECO-nun Qadınlar Forumunun ilk dəfə keçirildiyini də xüsusilə vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 02 İyul 2025 14:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















