Icma.az
close
up
RU
Hacıbəy Heydərli: “Onlar xarici xüsusi xidmət orqanlarının sifarişlərini yerinə yetirir” Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Hacıbəy Heydərli: “Onlar xarici xüsusi xidmət orqanlarının sifarişlərini yerinə yetirir” Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.

Məqsəd müstəqil siyasət yürüdən ölkələrin daxili işlərinə müdaxilə etməkdir

"Məlumdur ki, bəzi xarici qrant verən qurumlar ictimai təşkilatları, media qurumlarını ələ almaq, bununla da ABŞ-nin və Qərbin bəzi ölkələrinin kəşfiyyat orqanlarına yardım etmək məqsədilə yaradılıb. ABŞ və bəzi Qərb dövlətləri ölkələrin daxilinə nüfuz etmək üçün bu kimi vasitələrdən istifadə edirlər". 

Bu sözləri "Azərbaycan" qəzetinə Mətbuat Şurası İdarə Heyətinin üzvü, "Azxeber.com" informasiya portalının baş redaktoru Hacıbəy Heydərli deyib.

O bildirib ki, onlar həm də müstəqil siyasət yürüdən ölkələrə bu yolla təzyiq etməyə çalışırlar. Bu kimi təşkilatların fəaliyyəti, onların maliyyə mənbələri heç vaxt şəffaf olmayıb. Onlar xarici xüsusi xidmət orqanlarının sifarişlərini yerinə yetirir, ölkələrdəki həssas qruplarla çalışır, cəmiyyətlərdə narazılıq, çaxnaşma yaratma məqsədi güdürlər. 2014-2023-cü illərdə ABŞ federal hökuməti Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi - OCCRP-nin xərclədiyi vəsaitin 52 faizini təmin edib. Burada əsas məqsəd suveren respublikaların daxili işlərinə müdaxilə etməkdir. "Tarix onu göstərir ki, qonşu ölkələrdə baş verən rəngli inqilablar, Yaxın Şərqi qan gölünə döndərən siyasi proseslər Qərbin formalaşdırdığı şəbəkələrin yaxından iştirakı ilə baş tutub. OCCRP və buna bənzər layihələr ABŞ və Qərb dövlətləri tərəfindən birbaşa siyasi məqsədlərə xidmət edir. Onlar sadəcə olaraq qadın və uşaq hüquqları, sosial məsələlər, həssas qruplara dəstək adı altında pərdələnirlər. Qərb bu təşkilatlardan geopolitik müstəvidə silah kimi istifadə edir. Çox təəssüflər olsun ki, bəzi hallarda media və QHT rəhbərləri də onların maşasına çevrilirlər", - deyə baş redaktor əlavə edib. 

Onun sözlərinə görə, bu kimi xaricdən maliyyələşən jurnalistlər və media qurumları bəzən öz ölkələrinin maraqlarını satmaqdan belə çəkinmir, düşmən mövqeyindən çıxış edirlər. Xarici ölkələrin birgə nəşrlərinin araşdırması bir daha onu sübut etdi ki, ABŞ və Qərb tərəfindən maliyyələşdirilən media qurumlarının qarşısına yalnız bir məqsəd qoyulur: ölkələrdə çaxnaşma, xaos, gərginlik, süni gündəm yaratmaq və dövlətlərin daxili işlərinə sirayət etməklə xalqda etiraz ruhunu qaldırmaq. 

H.Heydərli qeyd edib ki, Azərbaycan dövləti hər zaman bu pərdələnmiş təşkilatın əsl mahiyyətini bilir və ifşa edir: "Haqlı olaraq biz xalqımızı və dövlətimizi bu təhlükəli planlardan qorumaq üçün onları ölkəmizdən uzaqlaşdırdıq. Şübhəsiz ki, bu da Azərbaycan rəhbərliyinin milli maraqlarımıza xidmət edən uzaqgörən siyasətinin daha bir parlaq nümunəsidir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 07 Dekabr 2024 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri