Hacıqabul və Şirvanda gənclər üçün “Hüquqi zəka” layihəsi başlayıb
Icma.az, Azpost saytına istinadən bildirir.
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş qrant müsabiqəsində qalib olmuş “Hüquqi zəka” layihəsi start götürüb.
Hacıqabul və Şirvan rayonlarında keçiriləcək layihənin əsas məqsədi region gəncləri arasında hüquqi biliklərin artırılması, Konstitusiya dəyərlərinin və ümummilli lider Heydər Əliyev irsinin və ulu öndərin həyat və fəaliyyəti kimi mövzularda gənclərin məlumat bazasını artırmaq və bu məlumatları interaktiv formatda gənclərə aşılamaqdır.
Layihə çərçivəsində Hacıqabul və Şirvan şəhərində ayrı-ayrılıqda 16 komanda arasında 2 gün olmaqla “Nə? Harada? Nə Zaman? intellektual oyunu keçiriləcək. Layihə 26 və 27 dekabr 2025-ci il tarixində Hacıqabul rayonunda, 16 və 17 yanvar isə Şirvan şəhərində keçirilməsi nəzərdə tutulub.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 16 Dekabr 2025 11:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















