Hacıqabulda qəza: Beş nəfər xəsarət aldı, azyaşlının vəziyyəti ağırdır YENİLƏNİB
Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Hacıqabulda baş verən qəzada 5 nəfər xəsarət alıb.
Moderator.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
VAZ 2107 markalı avtomobil dönmə əməliyyatı zamanı sürətlə hərəkətdə olan "Mercedes" markalı avtomobilin qarşısına çıxıb. Nəticədə VAZ 2107 markalı avtomobil yoldan çıxaraq restoranın qarşısında dayanan digər avtomobillərə çırpılıb.
Qəza zamanı bir ailənin 4 üzvü-Sabirabad sakinləri, 2016-cı il təvəçlüdlü Qəhəmanov Yusif Zamin oğlu, 2018-ci il təvəllüdlü Qəhrəmanova Günel Vilayət qızı, 1996-cı il təvəllüdlü Qəhrəmanova Aminə Fikrət qızı, 1990-cı il təvəllüdlü Qəhrəmanlı Vilayət Rzaxan oğlu, Bakı sakini, 2016-cı il təvəllüdlü Sarıyev Elvin Elşən oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Daha 2 nəfər ambulator yardım alıb.
Faktla bağlı araşdırma aparılır.
16:48
Hacıqabulda baş verən avtoqəzada yaralananlar var.Moderator.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
VAZ-2107 markalı avtomobil dönmə əməliyyatı zamanı sürətlə hərəkətdə olan "Mercedes" markalı avtomobilin qarşısına çıxıb. Nəticədə VAZ-2107 markalı avtomobil yoldan çıxaraq restoranın qarşısında dayanan digər avtomobillərə çırpılıb.
Qəza zamanı azyaşlı ağır yaralanıb, vəziyyəti kritikdir.
Digər dörd nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 02 Yanvar 2025 17:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















