Icma.az
close
up
RU
Hadisə türk dünyası üçün çox önəmli hadisələrdən biridir MÜSAHİBƏ

Hadisə türk dünyası üçün çox önəmli hadisələrdən biridir MÜSAHİBƏ

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Siyasi şərhçi Tural İsmayılovun SİA-ya müsahibəsini təqdim edirik:

- Donald Tramp ABŞ-ın 47-ci prezidenti kimi fəaliyyətə başladı. Onun prezidentliyi ölkəsinə və dünyaya nə vəd edir?

- Donald Trampın birinci prezidentliyi dövründən onun budəfəki prezidentliyi dövründə hansı addımları atacağı ilə bağlı bizdə müəyyən təsəvvürlər var idi. Eyni zamanda respublikaçıların hakimiyyəti dövrü bircə Corc Buş istisna olmaqla həmişə Amerika Birləşmiş Ştatlarının xarici siyasətində daha az müdaxilələr dövrü kimi yadda qalıb. D.Trampın budəfəki prezident seçkilərində verdiyi açıqlamalar bizdə müəyyən ümidlər yaradırdı. Həm də onun səsləndirdiyi fikirlər, müdafiə etdiyi dəyərlər ənənəvi Amerikan imperialist dəyərlərdən tamam kənara çıxırdı. Ona görə də, Azərbaycan Prezidenti Cənab İlham Əliyev açıqlamalarında vurğulayır ki, D.Trampın bölüşdüyü dəyərlər bizim müdafiə etdiyimiz dəyərlərlə bənzərdir. Dünyada fərqli ideologiyalardan istifadə edərək xalqların daxilində təfriqə yaratmaq tezisi haradan çıxıb? Əlbəttə ki, Amerika Birləşmiş Ştatlarından çıxıb. Əvvəlki dövrdə inqilablar törədirdilər. Yaxud da, açıq formada digər ölkələrə hərbi müdaxilələr edirdilər. Amma bu ssenarini 2005-dən sonra dəyişdilər. Artıq 2005-dən sonra biz imperializmin yeni və daha təhlükəli taktikasına şahidlik etdik. Bu da beyin işğalı idi. Yəni ölkələrin, xalqların gənc toplumunun beyninə nüfuz etmək, feminizm, "LGBT" adı altında insanların milli mənsubiyyətini və milli identik şüurunu ələ keçirmək və bu vasitə ilə müxtəlif coğrafiyalarda Amerikan və Qərb neoimperializminin nüfuz agentlərini formalaşdırmaq siyasəti var idi. Bəlkə də indi Qərb cəmiyyətləri üçün absurddur, amma bizim üçün müəyyən qədər proqnozlaşdırılan, eyni zamanda gözlənilməz hadisə odur ki, bu gün D.Trampın hakimiyyəti Amerikanın dünyaya sırımağa çalışdığı ideoloji qəsd planlarını darmadağın edir. Samanta Pauerin rəhbərlik etdiyi USAİD, özünü buraxdığını elan edən PKK-ya qədər, harada terror varsa, orada USAİD-in müəyyən layihəsi var. USAİD-in fondlarından ayrılan qrantların orada təsir dairəsi var. Bu gün Amerika Birləşmiş Ştatlarının rəhbərliyi özü USAİD-in çirkli fəaliyyətini təftiş edir. Özünün yaratdığı cəhənnəmi ifşa etməklə məşğuldur. Eyni zamanda Trampın hakimiyyətində kifayət qədər ağıllı adamlar təmsil olunur. Bunların da başında təkcə Amerika üçün yox, bütün dünyanın gələcəyi üçün çox önəmli simalardan biri olan Elon Maskdır. Bu gün Amerika Birləşmiş Ştatlarında Trampın yaratmaq istədiyi kimlik iqtisadi kimlikdir. Yəni daha əvvəl Amerika qlobalizm, kosmopolitizm adı altında qlobal şüurda insanlar yetişdirmək istəyirdi. Amma indi Tramp deyir ki, Amerika vətəndaşlarının pulu ilə formalaşmış dövlət büdcəsini xaricdə boş-boş layihələrə xərcləmək lazım deyil: "Bizim üçün önəmli olan Amerikanın iqtisadiyyatı və onun rifahıdır". Bizim regiona qaldıqda isə, 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etdiyimiz dövrdə Amerikada prezident D.Tramp idi. Onun o vaxtkı dövlət katibi də normal, adekvat açıqlamalar verirdi. Başa düşürdülər ki, Azərbaycan beynəlxalq hüququ təmin edir və öz torpaqlarını işğaldan azad edir. Amma antiterror əməliyyatı keçirdiyimiz dövrdə Amerikada demokratlar hakimiyyətdə idi. Bayden prezident idi. Bilirik ki, Bayden ayaq üstündə heç dayana bilmirdi. Dövləti faktiki olaraq Blinken idarə edirdi. Gördük ki, dünyada necə beynəlxalq hüququ tapdalayırlar. O baxımdan hesab edirəm ki, Trampın hakimiyyəti dövründə bizim bölgə ilə bağlı çox təhlükəli ssenarilərə şahidlik etməyəcəyik. Nəzərə alanda ki, Gürcüstanda da Xarici Agentlər haqqında Qanun layihəsi qəbul edildikdən sonra Qərb oraya da sistematik şəkildə hücumlar həyata keçirir, Gürcüstanı şantaj edir. Vizasız Gürcüstan vətəndaşlarından Avropa İttifaqı sərhədləri daxilində səyahət etmək imkanlarını mübahisələndirir. Amma Trampın komandasında siyasətə yanaşma daha çox iqtisadi normativlər üzərində qurulub. Kimin nə deməyindən asılı olmayaraq dünyada baş verən müharibələri bitirmək istəyiriksə, tərəflərlə danışmağı bacarmalıyıq. Açıq-aydın demək lazımdır ki, Rusiya Ukrayna torpaqlarını işğal edib, Ukrayna torpaqları təhdid olunur. Tramp, onsuz da, bu faktı inkar etmir. Tramp silahların yerə qoyulmasını istəyirsə, Rusiya ilə danışmağı bacarmalıdır.

- Bu yaxınlarda Tramp Zelenskini diktator adlandırdı. Buna münasibətiniz bizim üçün maraqlı olar. Əslində ABŞ-Ukrayna arasında nə baş verir?

- Tramp Bayden hakimiyyəti dövründən dövlət büdcəsindən kənara çıxarılmış bütün pulların hesabatını çıxarmaqla məşğul idi. Faktiki olaraq bu gün Amerika Birləşmiş Ştatları Ukraynadan onu tələb edir ki, aldığınız pulları geri qaytarın. Bunu tələb edəndə bilmirlər ki, Ukrayna darmadağın olub? Düzdür, Rusiya ilə Ukrayna arasında anlaşmalardan bəhs olunur. Amma bu gün də aktiv döyüş əməliyyatları davam edir. İstanbul şəhərində Amerika Birləşmiş Ştatlarının konsulluğunda Rusiya və Amerika diplomatları görüş həyata keçiriblər. Amma bu, bir neçə görüşlə həll olunası məsələ deyil. Həm də bölgə ilə bağlı köklü problem həll olunmur. Burada Ukraynanın işğal edilmiş torpaqlarının Ukraynaya geri qaytarılması şərti ilə müqavilə imzalanmayacaq. Yenə də Rusiya tutduğu və işğal etdiyi torpaqlarda qalmış olacaq. Sadəcə aktiv döyüş əməliyyatları dayanacaq. Bu gün yaxın Şərqdə Həmasla İsrail arasındakı qarşıdurmanın kökündə psixoloji, eyni zamanda ideoloji səbəblər də var. Rusiya ilə Ukrayna arasında müharibə başlayana qədər konseptual fərq yox idi. Onlar eyni slavyan kökdən gəliblər. Burada ancaq ərazi münaqişəsidir. Bu da həll olunmayacağı təqdirdə kimin qarantisi var ki, ABŞ-da Tramp, yaxud da, respublikaçılar hakimiyyətdən getdikdən sonra yeni hakimiyyət gələndə bu dəfə Ukraynaya hansı vədlər verəcək, hakimiyyət necə qızışdırılacaq? O baxımdan hesab edirəm ki, bunun fərqindədir. Sadəcə Tramp yaxşı bilir ki, Rusiya ilə dil tapmağı bacarır. Yanvarın 20-dən onun rəsmi seçilməsindən bir ay vaxt keçib. Bu bir ay ərzində Tramp o qədər aktiv müzakirələr, aktiv açıqlamalar verir ki, sanki beş ildir hakimiyyətdədir. Hər gün gündəmdədir, hər gün onun atdığı addımlar, açıqlamalar müzakirə olunur. Adam açıq şəkildə Ukraynanı şantaj edir. Zelenski ən ağır ifadələri işlətdi, çünki iki məsələdə Trampla razılaşmırdı. Birinci məsələ o idi ki, Səudiyyə Ərəbistanında Ukrayna nümayəndələrinin iştirak etmədiyi hansısa görüşdə Rusiya-Ukrayna müzakirəsini mübahisələndirirdi. İkinci məqam da ondan ibarət idi ki, Trampa mesaj verirdi ki, biz Amerika qarşısında hansısa kağıza imza atmamışdıq. Oraya Amerika Birləşmiş Ştatları dövlət olaraq imza atmışdı. Zelenski deyir ki, o sənədləri publikləşdirib göstərə bilər, orada heç bir müddəa yoxdur ki, Ukrayna bunu Amerika Birləşmiş Ştatlarından borc olaraq alır. Amma son üç gün ərzində Amerikanın Ukraynanın təbii sərvətlərini istismar etməsi ilə bağlı Zelenski Amerika Administrasiyasına razılıq verdi.

- Ukraynanın müharibə nəticəsində dünya iqtisadiyyatına və enerji bazarlarına təsiri necə oldu?

- Bilirik ki, Ukrayna dünyadakı bir çox məhsulun əsas vətənidir. Özəlliklə dünyanın qida sənayesində taxıl ehtiyatlarında Ukrayna aparıcı yer tutur. Ona görə də Rusiya ilə Ukrayna müharibəsi ilk başlayanda bir çox kasıb Afrika ölkələri və digər coğrafiyalarda ciddi qida problemi, böhranının yaranması ilə bağlı narahatlıq hökm sürürdü. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qətiyyəti və iradəsi nəticəsində Türkiyə taxıl sazişinin əldə edilməsinə nail oldu. Bu gün boşuna Amerika Birləşmiş Ştatları Ukraynanı sıxışdırmır. Doğurdan da, Ukraynanın çox təbii sərvətləri var. Təəssüflər olsun ki, həmin təbii sərvətlərlə Ukrayna yararlana bilmirdi. Ümumiyyətlə, işğal edilən ərazilər Rusiya tərəfindən istismar edilib. Eyni zamanda müharibə dövründə oradan nə qədər faydalı qazıntıların çıxarılması ilə bağlı ciddi statistik rəqəmlər yoxdur. Bilmirik ki, Ukrayna xalqının nə qədər sərvəti xaricə daşındı, yaxud da çıxarıldı. O baxımdan hesab edirəm ki, coğrafi imkanları məhdud olan ölkələr belə müharibə şəraiti ilə üzləşirsə, bu, qlobal iqtisadiyyatın özü üçün ciddi psixoloji risklər yaradır. Hətta bu risklər çərçivə sazişi imzalanandan sonra da geridə qalmayacaq. Bu gün Ukrayna artıq təbii sərvətlərinin ağası deyil. Bundan əvvəl müharibə ona əngəl olurdu. Ukrayna ona edilən yardımlar fonunda hansı təbii sərvətlərini mübadilə edəcəyi ilə bağlı müzakirələr aparırdısa, ən azından Trampın hakimiyyəti dövründə də o sərvətlərin yiyəsi Ukrayna deyil. Ondan sonra da Ukrayna olacaqmı? Bu, özü də sual altındadır. Müharibə baş verirsə, bir ölkə işğala məruz qalırsa, onun öz təbii sərvətləri ilə dünyadakı iqtisadi proseslərə təsir etmək mexanizminin bir açar yolu var. O da müharibədə qalib gəlməkdir.

- Ukraynanın təhlükəsizlik zəmanətləri gələcəkdə NATO üzvlüyünə gətirib çıxara bilərmi?

- Birmənalı şəkildə, xeyr. Biz bilirik ki, Qərbin siyasi və hərbi təsisatları heç bir formada münaqişəli əraziləri daxil etməyəcəklər. Baxmayaraq ki, bu münaqişəyə özləri səbəb olublar. Günümüzün nümunələri var. Birincisi, Gürcüstan nümunəsidir. Gürcüstanın burada ən böyük xalı Gürcüstan vətəndaşlarına Şengen zonasına vizasız daxil olmaq vədi verildi. Amma nəticədə Gürcüstan əraziləri həmin rəngli inqilab fabrikalarının at oynatdığı yerə çevrilmişdi. Harada ipini qoparan Qərb QHT-si var idisə, gəlib Tbilisidən regionun digər ölkələrinə pul ötürürdü. Heç bir münaqişə olmasa da, Türkiyədə həmişə özlərinin yaratdıqları PKK-nı bəhanə edirdilər. Daxili terroru bəhanə edirdilər ki, sizin terrorla mübarizə probleminiz var. Ona görə də, Türkiyəni Avropa İttifaqına üzv etmirdilər. İndi görək bundan sonra Türkiyəyə hansı bəhanələri gətirəcəklər. Heç bir formada Ukraynanı NATO-ya, Avropa İttifaqına üzv etməyəcəklər.

- Türkiyə PKK-nın silahı buraxması üçün çağırış edib. Bununla bağlı fikirləriniz maraqlıdır.

- Bu hadisə türk dünyası üçün çox önəmli hadisələrdən biridir. Bununla bağlı yazımda qeyd etmişəm ki, 44 günlük Vətən müharibəsi, həmin dövrdə koronavirusun pik dövrü idi, bütün dünyada qlobal həyəcan ən üst səviyyədə idi, qlobal iqtisadiyyat ciddi təlatümlərlə üz-üzə qalmışdı. Belə bir şəraitdə Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi pandemiyanın yaratdığı qlobal təsirlərə qarşı mübarizə aparırdı. BMT nəzdində Azərbaycan həmin dövrdə vaksin milliyyətçiliyi kimi kasıb Afrika ölkələrinə vaksin verməzkən, Avropa ölkələrinə lazım olandan çox vaksin verməsinə ən çox etiraz edən ölkə idi. Belə qlobal bir problemlə məşğul olunan vəziyyətdə Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. Biz türk dünyasına yeni bir tarix yazdıq. Ondan sonra Türk Dövlətləri Təşkilatı struktur baxımından da yeni bir inkişaf mərhələsinə qədəm qoydu. Azərbaycan Xankəndində antiterror əməliyyatı keçirib öz üçrəngli bayrağını qaldırmaqla Cənubi Qafqazın ürəyinin ortasına qazınmış separatçılıq tikanını tamamilə bölgədən çəkib çıxardı. Bu tarixi hadisədən sonra ikinci türk dünyası üçün önəmli tarixi hadisə baş verir. Bu da Türkiyəni daim təhdid edən PKK separatizminin sona çatmasıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:22
embedMənbə:https://sia.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dekabrda qarət olunub, xəbəri indi çıxır...

02 Mart 2025 12:08see176

ABŞ nin maliyyə naziri: Kiyev iqtisadi sazişi qəbul etmək üçün sülh müqaviləsini imzalamalıdır

03 Mart 2025 01:15see133

Model alışdı, dördotaqlı ev külə döndü

02 Mart 2025 19:06see127

Baş katib Ukraynada atəşkəs hazırlığına çağırış edib

03 Mart 2025 00:13see122

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

02 Mart 2025 10:59see121

ABŞ Ukrayna ilə nadir torpaq metalları üzrə müqaviləni imzalayacaq? Nazirdən AÇIQLAMA

03 Mart 2025 09:41see117

Miroslav Kloze: “Mahirə qarşı kin saxlamıram”

03 Mart 2025 01:39see117

Bakıda narkokuryerlikdə şübhəli bilinən şəxsdən 4 kq tiryək və marixuana aşkarlanıb

03 Mart 2025 14:34see117

Nüvə təhlükəsi azalır, amma Rusiyanın Avropa ilə müharibə riski artır

03 Mart 2025 00:26see115

Suriya təhlükəsizlik qüvvələri Dəməşq ətrafında silahlı dəstələrlə toqquşub

02 Mart 2025 11:26see115

Maskın ixtisar etdiklərini Moskva ilə Pekin TOPLAYIR

03 Mart 2025 14:36see114

Buz bağlayan şəlalələr Nağıllar dünyasına bənzəyən Laza kəndi

03 Mart 2025 01:13see113

Londonda Ukrayna üzrə Avropa Zirvə Toplantısı başlayıb

02 Mart 2025 19:01see113

Tez hazırlanan sıyıq və pürelərin sağlamlığa TƏHLÜKƏSİ KONKRET

02 Mart 2025 19:41see113

“Bu söhbətlərlə Çimnazın atasına zərbə vurursuz, ailəsi aciz deyil ki...” ÖZƏL

02 Mart 2025 07:58see112

22 ildən sonra ikinci Oskar ını qazandı Gecənin digər qalibləri

03 Mart 2025 09:34see110

İngiltərə Kuboku: Mançester Siti sürprizə imkan vermədi

02 Mart 2025 03:10see109

Messi niyə son matçda oynamayıb? Baş məşqçisi səbəbi dedi

03 Mart 2025 13:31see109

Ceyhun Bayramov Qui Yeop Son ilə görüşüb

03 Mart 2025 21:27see109

Volodimir Zelenski Kral Çarlsla görüşdü

03 Mart 2025 00:21see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri