Icma.az
close
up
RU
Hafiz Paşayev: Azərbaycan texnoloji inkişaf istiqamətində fəal addımlar atır VİDEO

Hafiz Paşayev: Azərbaycan texnoloji inkişaf istiqamətində fəal addımlar atır VİDEO

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 1 sentyabr, AZƏRTAC

Azərbaycan texnoloji inkişaf istiqamətində fəal addımlar atır.

Bu yarışmanın iştirakçılarından riyaziyyat, mühəndislik və məntiq sahəsində yüksək biliklər, eyni zamanda, komanda işi, yaradıcı düşüncə və innovativ həlləri sürətlə inkişaf etdirmək bacarığı tələb olunur. Biz inanırıq ki, təhsilə investisiya qoymaq və biznes təşəbbüslərini dəstəkləmək ölkənin davamlı inkişafı və rifahının təmin olunmasının ən təsirli yollarındandır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri ADA Universitetinin rektoru Hafiz Paşayev sentyabrın 1-də Bakıda keçirilən Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC) Dünya Finalının açılışında deyib.

“İnnovativ IT ekosisteminin inkişafı ölkəmizin qlobal biznes mühitində mövqeyini və rolunu daha da möhkəmləndirəcək.

ICPC Dünya Finalına ev sahibliyi etmək bu yolda atılmış mühüm addımdır. Əminik ki, bu tədbir ölkəmizdə IT sahəsinin inkişafında bir dönüş nöqtəsinə çevriləcək və Azərbaycanın beynəlxalq arenada diqqət mərkəzinə düşməsinə töhfə verəcək.

ADA Universiteti üçün bu nüfuzlu yarışmanı — 70 ölkədən yüzlərlə gənc proqramlaşdırıcını bir araya gətirən bu mötəbər tədbiri — qəbul etmək böyük şərəfdir. Bu möhtəşəm tədbirin təşkilat komandasına, sponsorlara və könüllülərə xüsusi təşəkkürümü bildirirəm.

Xüsusi təşəkkürə layiq olan qurumlardan biri Azərbaycan Mərkəzi Bankı, həmçinin Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsi Fondu və onun prezidenti Bill Pauçerdir. O, bu layihəni mənə təqdim etdi və tədbirin miqyası ilə bizi heyran etdi. Onun gənclərin təhsilinə olan şəxsi həvəsini, səmimi yanaşmasını hiss edə bildim. Azərbaycan çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi edir, lakin ICPC dünyada özəl əhəmiyyətə malikdir, çünki bu yarışma dünyanın ən nüfuzlu universitetlərindən olan tələbələri bir araya gətirir. Siz artıq qalibsiniz, çünki finaldasınız. Ümid edirəm ki, yarışla yanaşı, ölkəmizi kəşf etmək və gördüyünüz işləri təqdim etmək imkanını da əldə edəcəksiniz. Təşkilatçılardan xahiş edirəm ki, sizə kifayət qədər vaxt ayırsınlar.

Qonaqpərvərlik və texnoloji inkişaf diyarı olan Azərbaycana bir daha xoş gəlmisiniz!” - deyə Hafiz Paşayev qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:49
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Sentyabr 2025 20:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qumralı görən musiqiçi özünü itirdi VİDEO

30 Noyabr 2025 06:07see188

Türkiyə Superliqası: “Trabzonspor” üçüncü yerdə möhkəmlənib

30 Noyabr 2025 01:46see187

Qədim Kəlbəcərin NADİR GÖRÜNTÜLƏRİ: Tarixi körpünün restavrasiyaya ehtiyacı var

30 Noyabr 2025 16:48see177

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see145

Masallıda polis əməkdaşları Vətən müharibəsi şəhidinin məzarını ziyarət ediblər

30 Noyabr 2025 12:38see145

“Trabzonspor” və “Başakşehir”dən qələbə

30 Noyabr 2025 00:49see143

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see143

14 yüksək rütbəli zabitimizin şəhid olmasından 4 il ötür

30 Noyabr 2025 00:39see142

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see141

Qəhvə qiymətləri rekord həddə çatdı Kafe restoran sektoru təşvişdə

30 Noyabr 2025 11:43see136

Qəzzada iki il ərzində ölənlərin sayı açıqlandı

29 Noyabr 2025 23:46see134

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see130

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see130

Leo Messi illərdir əlçatmaz olan dünya rekordunu qırdı

30 Noyabr 2025 09:41see130

Hollivud ulduzunun 71 yaşı var, amma 32 vermək olur VİDEO

30 Noyabr 2025 05:05see129

Ayda həyatın mövcudluğunu 100 faiz inkar etmək mümkün deyil...

30 Noyabr 2025 00:35see127

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see127

“Vətənə xəyanətin heç zaman bəraət yeri yoxdur”

30 Noyabr 2025 14:48see127

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see127

Trampın xanımı şirkət yaradacaq

30 Noyabr 2025 15:38see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri