Icma.az
close
up
RU
Azərbaycan texnoloji tərəqqiyə doğru fəal şəkildə irəliləyir Hafiz Paşayev

Azərbaycan texnoloji tərəqqiyə doğru fəal şəkildə irəliləyir Hafiz Paşayev

Icma.az bildirir, Milli.az portalına istinadən.

Azərbaycan texnoloji tərəqqiyə doğru fəal şəkildə irəliləyir.

Trend xəbər verir ki, bunu ADA Universitetinin rektoru Hafiz Paşayev bu gün Bakıda keçirilən 49-cu ICPC Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin Dünya Finalının açılış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan çoxsaylı beynəlxalq iri miqyaslı tədbirlərə ev sahibliyi edib və Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin ("ICPC") Dünya Finalı onların arasında xüsusi əhəmiyyət kəsb edir:

"Məhz ona görə ki, bu, dünyanın ən nüfuzlu universitetlərinin gənc tələbələrinin yarışıdır. Yarış iştirakçılardan riyaziyyat, mühəndislik və məntiq sahələrində qeyri-adi bilik və keyfiyyətlərə, eləcə də komandada işləmək, tənqidi düşünmək və sürətlə innovativ həllər hazırlamaq bacarığına sahib olmağı tələb edir".

Rektor vurğulayıb ki, Azərbaycan texnoloji tərəqqiyə doğru fəal şəkildə irəliləyir:

"Biz inanırıq ki, təhsilə sərmayə qoymaq və biznes təşəbbüslərini dəstəkləmək davamlı inkişafı və ölkənin rifahını təmin etməyin ən səmərəli yollarıdır. Yeni innovativ İT ekosisteminin formalaşması getdikcə ölkənin qlobal biznes reytinqindəki mövqeyini və rolunu müəyyən edəcək. Bakıda ICPC Dünya Finalına ev sahibliyi etmək bu yolda mühüm addımdır. Əminik ki, bu tədbir ölkəmizdə İT inkişafının irəliləməsində mühüm mərhələyə çevriləcək və Azərbaycanın qlobal diqqətini cəlb edəcək".

"Hörmətli iştirakçılar, siz artıq qalibsiniz, çünki finaldasınız. Ümid edirəm ki, yarışdan əlavə olaraq siz Bakını da kəşf etmək imkanı əldə edəcəksiniz. Mən təşkilatçılardan xahiş edirəm ki, sizə bunu etmək üçün kifayət qədər vaxt versinlər", - deyə H.Paşayev əlavə edib.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:90
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 01 Sentyabr 2025 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see231

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see207

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see201

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see144

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see141

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri