Icma.az
close
up
RU
“Haitiylə matçdan sonra zəif tərəflərimizi gördük”

“Haitiylə matçdan sonra zəif tərəflərimizi gördük”

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan millisi bu gün növbəti yoldaşlıq matçı çərçivəsində Belarusla qarşılaşacaq. “Bank Respublika Arena”da keçiriləcək oyun saat 21:45-də start götürəcək.

Təcrübəli mütəxəssis Aslan Kərimov “Futbolpress.az”a açıqlamasında Belarusla oyunla bağlı fikirlərini bölüşdü:

“Belarusluarın bizdən qat-qat üstün olduğunu düşünmürəm. Bu oyunda qələbə də qazana bilərik və məğlub da ola bilərik. Amma hesab edirəm ki, Haiti və Belarusla oyunlarda qələbə və ya məğlubiyyət elə də fərq etmir. Əsas məsələ millinin üstün və zəif tərəflərini müəyyən etməkdir. Əminəm ki, Haitiylə matçdan sonra zəif tərəflərimizi gördük. Hansı ki, dominant oynaya bilmirik. Ümumən Avropanı götürsək, biz 5 faiz yığmaya qarşı dominant oynaya bilərik. Qalan 95 faizə qarşı isə elə bir oyunçu potensialımız yoxdur, İspaniya deyilik”.

Futbol veteranı Haitidən fərqli olaraq bu qarşılaşmada milli komandanın ikinci nömrə kimi çıxış etməsinin münasib olduğunu bildirdi:

“Gürcüstanla Ermənistanın ilk oyununa baxsaq, heyət baxımından gürcülər daha üstün olsa da, “ikinci nömrə” kimi oynadılar və əks-hücumları düzgün dəyərləndirdilər. Əslində biz də belə strategiya ilə oynamalıyıq. Məncə, Fernandu Santuş Belarusla oyunda bu üsuldan istifadə edəcək. Hətta rəqibin də “ikinci nömrə” kimi çıxış edəcəyini düşünürəm. Dominant oyun sərgiləmək, Mbappe, Dembele kimi sürətli forvardların ani əks-hücumlarını zərərsizləşdirmək üçün, sənin Van Dayk kimi müdafiəçin olmalıdır”.

Kərimov Azərbaycan millisinin Haitiyə 0:3 hesablı məğlubiyyətinə də toxundu:

“Düşünürəm ki, bu nəticə artıq bizim üçün təəccüblü olmalı deyil. Onsuz Millətlər Liqasında çıxış edərkən, millimizin zəif olduğunu müəyyən etdik. Biz indi yavaş-yavaş irəli addımlamağa çalışmalıyıq. Haiti ilə oyuna isə 0:3 hesablı darmadağın deməzdim. Buraxdığımız qollara baxsaq, öz səhvlərimiz var idi. Bunlar hamısı müntəzəm, müzakirəyə açıq məsələlərdir. Ümumi götürdükdə, potensial olaraq Haitiyə uduzmalı idik. Çünki onların futbolçularının keyfiyyəti və oynadıqları çempionatlar bizimkilərdən daha yüksəkdir. C liqasından aşağı düşən milli üçün belə durum təəccüblü deyil. İndi isə buradan çıxış yollarını fikirləşməliyik. Biz Fransa və Ukrayna kimi yığmalara qarşı rəqabət apara bilmərik. İslandiya heyətinə görə bizdən üstün olsa da nisbətən, onlarla mübarizə apara bilərik. Düşünürəm ki, Haitiylə oynadığımız oyunun strategiyası doğru deyildi. Cinahlarımız sürətli olsa da, meydanın mərkəzində əməlli-başlı məğlub olduq. Aqressivliyimiz, hücuma keçidlərimiz yox idi. Sadəcə künc zərbələrindən təhlükəli epizodlardan yarada bilirdik. Amma mərkəzdən demək olar ki, heç bir əks-hücuma çıxa bilmədik. Nəticə olaraq ilk yarıda Haitinin qapısı önündə bir sıra qol epizodları yaratdıq, fəqət ikinci hissədə bunu edə bilmədik. Birəbir mübarizələrdə rəqib həm fiziki, həm də texniki tərəfdən üstün idi”.

Mirkamal Kazım

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:245
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 25 Mart 2025 12:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri