Mbappe matçdan sonra cəzalandırıldı
Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İspaniya La Liqasında “Elçe” ilə baş tutan matçdan (2:2) sonra “Real”ın futbolçusu Kilian Mbappe hakimə etirazı ilə gündəmə gəlib.
QOL.az xəbər verir ki, fransalı hücumçu matç bitdikdən sonra baş hakim Fransisko Xose Ernandes Maesoya yaxınlaşaraq əlavə vaxtın az olmasına (8 dəqiqə) etiraz edib. Referi bu hərəkətinə görə futbolçuya sarı vərəqə göstərib. Məlumata görə, oyunçu qərara kəskin etiraz etdiyi üçün cəzalandırılıb.
Son 3 oyunda qol vura bilməyən Mbappe komandasının bərabərlik qolunda (Cud Bellinqem) ötürməni verən tərəf olub. Lakin “Elçe” tərəfi həmin epizodda qapıçı İnyaki Penyanın zədələnməsi səbəbindən oyunun dayandırılmalı olduğunu iddia edərək qola etiraz edib.
Bu qarşılaşmadan sonra xal itirən “kral klubu” liderliyi ötən gün qalib gələn “Barselona”ya təhvil verib.
Baxış sayı:91
Bu xəbər 24 Noyabr 2025 18:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















