Hakan Çalhanoğlunun “İnter”də maaşı azala bilər
Icma.az bildirir, Sherg.az portalına istinadən.
İtaliyanın “İnter” klubu Türkiyə millisinin kapitanı Hakan Çalhanoğlunun müqaviləsini uzatmaq istəyir.
Teleqraf “La Gazzetta dello Sport” nəşrinə istinadən xəbər verir ki, Milan təmsilçisi 32 yaşlı yarımmüdafiəçi ilə yeni sözləşmə imzalamaq üçün danışıqları davam etdirir.
A Seriyası təmsilçisi yanvar ayına qədər razılığa gəlməyi hədəfləyir.
“İnter” futbolçuya hazırkı maaşından daha aşağı baza əməkhaqqı təklif etməyi planlaşdırır. Tərəflər arasında razılaşmanın əldə olunmasında performansa görə bonuslar da mühüm rol oynaya bilər.
Qeyd edək ki, Hakan Çalhanoğlunun “İnter”lə müqaviləsi 2027-ci ildə başa çatır. Türkiyə millisinin üzvü bu mövsüm komandanın heyətində keçirdiyi 8 oyunda 3 qol vurub.
Bu mövzuda digər xəbərlər:“İnter” Hakan Çalhanoğlunun maaşında endirim istəyir
28 Sentyabr 2026 12:24
Hakan Çalhanoğlunun “İnter“dəki gələcəyi bəlli oldu
26 Fevral 2026 18:36
İnter Çalhanoğlunun əvəzedicisini tapdı
18 Mart 2026 14:51
İnter Çalhanoğlunun qarşısına şərt qoydu
11 İyul 2025 03:54
Qalatasaray İnter lə razılaşdı Hakan Çalhanoğlunun Türkiyəyə gələcəyi tarix bəlli oldu
09 Sentyabr 2025 13:17
Baxış sayı:84
Bu xəbər 24 Oktyabr 2026 11:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















