Hakan Fidan: İsrail qeyri sabitlik yaradan siyasətlərdən əl çəkməlidir
Apa.az saytına istinadən Icma.az xəbər verir.
“İsrail yolun başlanğıcındaykən qeyri-sabitlik yaradan siyasətlərdən əl çəkməlidir.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
"Bu elə bir vəziyyətdir ki, hər kəs atəşə atılır. Beynəlxalq ictimaiyyət, xüsusən də ABŞ, Avropa Birliyi və region ölkələri böyük həssaslıq nümayiş etdirməli və İsrailə dayanmasını söyləməlidir”, - Fidan qeyd edib.
O qeyd edib ki, əks halda regionda arzuolunmaz nəticələr yaranacaq.
H. Fidan, həmçinin, Suriyanın Süveya bölgəsində toqquşmaları şərh edərək, “YPG-nin aktivliyi ilə bağlı xəbərlər də alırıq. Onlara mesajımız budur ki, buradakı qarışıqlıqdan istifadə edib arzuolunmaz vəziyyətə düşməyin. Suriyadakı kritik və həssas prosesi daha da problemli hala gətirməyin. Konstruktiv rol oynayın. Əks halda, böyük risklər yarana bilər” deyə vurğulayıb.
Baxış sayı:92
Bu xəbər 16 İyul 2025 22:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















