Icma.az
close
up
RU
Hakan Fidan: Ötən ilin ən əhəmiyyətli hadisələrindən biri Suriyada 61 illik rejiminin çökməsi oldu AZƏRTAC

Hakan Fidan: Ötən ilin ən əhəmiyyətli hadisələrindən biri Suriyada 61 illik rejiminin çökməsi oldu AZƏRTAC

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

İstanbul, 10 yanvar, Günel Karatepe, AZƏRTAC

Ötən ilin ən əhəmiyyətli hadisələrindən biri şübhəsiz ki, Suriyada əli qana bulaşmış 61 illik rejimə son qoyulması oldu. Bu gün biz tarixin doğru tərəfində olmağımızla fəxr edirik. Artıq Suriya xalqı yeni bir hekayə ilə üz-üzədir. Biz Suriyanın yenidən qurulması və gələcəyi üçün səylərimizi başlatmışıq. Türkiyənin xarici siyasətinin əsas oxu rifah və sülhdür. Suriya ərazisinin terrordan təmizlənməsi 2025-ci ilin əsas fəaliyyəti olacaq. Türkiyə terrorla ən effektiv mübarizə aparan ölkədir və bu işdə qərarlıdır. Bölgədəki terror təşkilatları üçün artıq yolun sonu gəlib. Terrorun dini və milli mənsubiyyəti yoxdur. Terror təşkilatları üçün Avropa ilə Amerika arasında da heç bir fərq yoxdur. Terrorsuz Türkiyə hədəfimizə nail olacağıq. Türkiyə gələcəyini təhlükə altına qoyan bütün təhdidləri mənbəyində aradan qaldıracaq güc və qətiyyətə sahibdir. Heç nə əvvəlki kimi olmayacaq. Terrorla mübarizədə qeyri-müəyyən mövqe sərgiləyən ölkələr də terror hücumlarından dərs götürməlidir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri xarici işlər naziri Hakan Fidan Türkiyədəki yerli və beynəlxalq media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında ifadə edib. Nazir Türkiyə-ABŞ münasibətləri ilə bağlı sualı da cavablandırıb: “Türkiyə və ABŞ strateji baxımdan bir-birinə ehtiyacı olan iki ölkədir. Bu dövrdə ölkələr arasında strateji əməkdaşlıq çox vacibdir. Biz bu kontekstdə yeni Amerika administrasiyası ilə konstruktiv və açıq dialoqu davam etdirəcəyik. Biz Trampın ölkəmizin regionda və qlobal miqyasda təsiri ilə bağlı sözlərini diqqətə alırıq”.

Hakan Fidan PKK/YPG terror təşkilatının fransız əsgərlərininin sərhədə yerləşdirmək çağırışına dair suala isə belə cavab verib: “Amerikanın olmadığı bir yerdə özləri bölgəyə gəlib əməliyyat və ya hərbi qüvvə yerləşdirə bilirlərsə, görək necə olur. Bunun belə olmadığını yaxşı bilirik. Amerikanın gücündən istifadə edərək öz maraqlarını irəli sürməkdən danışan və onun arxasında gizlənən ölkələri nəzərə almırıq. Bununla bağlı həmsöhbətimiz Amerikadır. Onun arxasında duran ölkələr deyil”.

Türkiyə-Avropa İttifaqı münasibətlərinə toxunan nazir bu münasibətlərin ikitərəfli səviyyədə yaxşı olduğunu, lakin Aİ qurumları ilə eyni səviyyədə işləmədiyini bildirib: “İttifaqa üzvlük prezidentimizin xarici siyasətdə qarşıya qoyduğu məqsəd olaraq qalmaqdadır. Bununla bağlı vəziyyət 10 il əvvəl fərqli nöqtəyə qədər gəlmişdi. Biz siyasi baxımdan heç bir dəyişiklik müşahidə etmirik. Qalan açıq nöqtələrdə münasibətləri necə irəli apara biləcəyimizi düşünürük. Buna viza sərbəstliyi və gömrük məsələləri də daxildir”.

Rusiya ilə Ukrayna arasında davam edən muharibəni xatırladan nazir burada gecikmiş sülhün olduğunu da deyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Yanvar 2025 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri