Hakan Fidan: Qarabağın işğalına son qoyulması bölgədə davamlı sülhün təmini baxımından çox əhəmiyyətli idi AZƏRTAC
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İstanbul, 10 yanvar, Günel Karatepe, AZƏRTAC
Qarabağın işğalına son verilməsi həqiqətən də bölgədəki davamlı sülhün təmini baxımından inanılmaz dərəcədə əhəmiyyətli bir mərhələ idi. Artıq bölgədə yaranan sülhün davamlı hala gətirilməsi, rəsmi hal alması vacibdir. Qafqazda son 100 ildə qeyri-sabitliyin hökm sürməsi heç birimizin lehinə olmadı. İndiki sabitliyi davam etdirmək mümkündür və bunun üçün tarixi fürsət yaranıb.
Bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan AZƏRTAC-ın sualına cavabında bildirib.
Prezident İlham Əliyevin bu baxımdan qərarlı liderliyini təqdir edirik. Azərbaycan Prezidentinin həm ölkəsini, həm də bölgəni inkişaf etdirmək baxımından atmaq istədiyi addımlar mühüm əhəmiyyət daşıyır”, - deyən nazir bölgədə davamlı sülh istiqamətində artıq imzaların atılması üçün qalan bir neçə maddənin də tamamlanmasının lazım olduğunu bildirib və bu il bunun başa çatacağına ümid etdiyini deyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 10 Yanvar 2025 16:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















