Hakan Fidan: Suriya xalqı ölkəsinin gələcəyini yenidən formalaşdıracaq
Icma.az xəbər verir, Ayna saytına əsaslanaraq.
Suriya xalqı ölkəsinin gələcəyini yenidən formalaşdıracaq. AYNA xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Dohada keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Türkiyə Suriyanın suverenliyinə və ərazi bütövlüyünə çox əhəmiyyət verir.
H.Fidanın sözlərinə görə, ölkələrini tərk etmək məcburiyyətində qalan milyonlarla suriyalı artıq geri qayıda bilər.
Nazir onu da bildirib ki, Türkiyə Suriyanın yenidən inşası üçün çalışacaq: "İŞİD və PKK-nın mövcud vəziyyətdən sui- istifadə etməməsi üçün çox diqqətli olmalıyıq. Amerikalı dostlarımızla təmasları davam etdiririk. Suriya dövlət qurumları qorunmalı və müxalif güclər dərhal birləşməlidir".
H.Fidan həmçinin bütün aktorları diqqətli və sakit hərəkət etməyə çağırıb: "Bölgədə sabitsizliyi daha çox davam etdirməmək lazımdır".
Baxış sayı:108
Bu xəbər 08 Dekabr 2024 20:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















