Hakan Fidan: “Türkiyə Suriyanın yaralarını sağaltmağa hazırdır”
Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.
“Astana prosesi ilə Suriyada davam edən qarşıdurmalara fasilə verdik və rejimin xalqı ilə barışması üçün vaxt verdik, lakin bundan istifadə etmədi”.
APA xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan X sosial şəbəkəsində paylaşım edib.
Nazir bildirib ki, xüsusilə son aylarda Suriyada baş verəcək prosesləri gözləyərək prezidentimizin irəli sürdüyü təşəbbüsü Suriya rejiminin rədd etməsi bizi haqlı çıxaran hadisələrə gətirib çıxardı:
“Bu gün səhər saatlarından etibarən Suriya xalqı ölkələrinin gələcəyini təyin edəcəkləri yeni günə başlayıb.
Türkiyə bundan sonra Suriyanın yaralarını sağaltmaq, onun birliyini, bütövlüyünü və təhlükəsizliyini təmin etmək üçün nə lazımdırsa, məsuliyyəti öz üzərinə götürməyə hazırdır.
Yaxın günlərdə region ölkələri və beynəlxalq aktorlarla bu məsələ ilə bağlı işimizi daha da gücləndirəcəyik.
Bu yolla evlərini tərk etmək məcburiyyətində qalan milyonlarla suriyalı öz torpaqlarına qayıda biləcək.
İnşallah Suriya xalqını daha gözəl günlərin gözlədiyini hamımız görəcəyik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 08 Dekabr 2024 18:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















