Icma.az
close
up
RU
Hakan Fidan: “Türkiyə Suriyanın yaralarını sağaltmağa hazırdır”

Hakan Fidan: “Türkiyə Suriyanın yaralarını sağaltmağa hazırdır”

“Astana prosesi ilə Suriyada davam edən qarşıdurmalara fasilə verdik və rejimin xalqı ilə barışması üçün vaxt verdik, lakin bundan istifadə etmədi”. Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan X sosial şəbəkəsində paylaşım edib.

Nazir bildirib ki, xüsusilə son aylarda Suriyada baş verəcək prosesləri gözləyərək prezidentimizin irəli sürdüyü təşəbbüsü Suriya rejiminin rədd etməsi bizi haqlı çıxaran hadisələrə gətirib çıxardı:

“Bu gün səhər saatlarından etibarən Suriya xalqı ölkələrinin gələcəyini təyin edəcəkləri yeni günə başlayıb.

Türkiyə bundan sonra Suriyanın yaralarını sağaltmaq, onun birliyini, bütövlüyünü və təhlükəsizliyini təmin etmək üçün nə lazımdırsa, məsuliyyəti öz üzərinə götürməyə hazırdır.

Yaxın günlərdə region ölkələri və beynəlxalq aktorlarla bu məsələ ilə bağlı işimizi daha da gücləndirəcəyik.

Bu yolla evlərini tərk etmək məcburiyyətində qalan milyonlarla suriyalı öz torpaqlarına qayıda biləcək.

İnşallah Suriya xalqını daha gözəl günlərin gözlədiyini hamımız görəcəyik”.

APA

seeBaxış sayı:91
embedMənbə:https://pravda.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri