Icma.az
close
up
RU
Menu

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

Məşhur aşpazın restoranı borca görə bağlandı

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

Hakan Fidanın yüksəlişi Davutoğlu dövrünü tamamilə bitirir?

Hakan Fidanın yüksəlişi Davutoğlu dövrünü tamamilə bitirir?

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyənin keçmiş Baş naziri Əhməd Davudoğlunun Gələcək Partiyasının fəaliyyətinə son verdiyini və aktiv siyasətdən çəkildiyini açıqlaması Ankara siyasi dairələrində yeni ehtimalları gündəmə gətirib. Hökumətə yaxın jurnalist Əbdülqadir Selvinin iddiasına görə, Prezident Rəcəb Tayyib Ərdoğanın çağırışı olacağı təqdirdə Davudoğlu AK Partiyaya geri dönə bilər, lakin partiya daxilində bu məsələyə münasibət vahid və birmənalı deyil. “Strateji dərinlik” konsepsiyasının müəllifi olan Davudoğlunun mümkün dönüşü Türkiyənin daxili siyasəti ilə yanaşı, xarici siyasət kursu baxımından da diqqətlə izlənilir. Əhməd Davudoğlunun AK Partiyaya mümkün qayıdışı Türkiyənin Yaxın Şərq, Qafqaz və Türk dünyasına yönəlik xarici siyasət prioritetlərinə hansı konkret təsirləri göstərə bilər?Əhməd Davudoğlunun AK Partiyaya ehtimal olunan dönüşü yalnız siyasi kadrların yenidən bir araya gəlməsi kimi qiymətləndirilməlidir, yoxsa bu addım 2016-cı ildən sonra formalaşan Prezident idarəetmə sistemi ilə “Strateji dərinlik” anlayışına əsaslanan daha institusional və çoxvektorlu xarici siyasət arasında yeni tarazlıq axtarışının başlanğıcı kimi də dəyərləndirilə bilər?

Türk politoloq Hüsamettin İnaç Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, keçmiş Baş nazir, Xarici İşlər naziri və “strateji dərinlik” konsepsiyası ilə tanınan Ahmet Davutoğlunun “Gələcək Partiyası”nı ləğv etməsi və ardınca AK Partiyaya keçəcəyi ilə bağlı yayılan iddialar son dövrdə həm beynəlxalq, həm də daxili siyasi gündəmdə mühüm yer tutur.

Xüsusilə Ahmet Davutoğlu əvvəlki dövrdə Suriyada vətəndaş müharibəsinin başlanmasından sonra prosesə fəal şəkildə müdaxilə edən, Suriyadakı müxalifəti dəstəkləyən və müəyyən mənada onu formalaşdırmağa çalışan siyasi fiqur kimi tanınırdı. Lakin həmin dövrdə ABŞ-ın Əsəd rejiminin devrilməsinə açıq dəstək verməməsi və verdiyi vədləri yerinə yetirməməsi fonunda Davutoğlunun üstünlük verdiyi Suriya siyasəti Suriyanı parçalamağa yönəlmiş siyasət kimi qiymətləndirildi və sonrakı miqrasiya dalğalarının əsas səbəblərindən biri kimi göstərildi.

Politoloqun fikrincə, ikinci mühüm məqam isə Türkiyədə prezident üsul-idarəsinə keçid mərhələsində onun aşağı profilli baş nazir olmağı qəbul etməməsi, FETÖ ilə mübarizədə kifayət qədər fəal görünməməsi və “Pelikan” adı ilə tanınan proses çərçivəsində Prezident Recep Tayyip Erdoğana qarşı öz liderliyini möhkəmləndirməyə çalışan bir komanda formalaşdırması idi. Bu səbəbdən Davutoğlu hakimiyyət daxilində “arzuolunmaz şəxs” kimi qəbul olunmağa başladı.

Daha sonra, xüsusilə 2016-cı ildə Avropa Birliyi ilə geri qəbul sazişinin imzalanması və Suriyalı qaçqınlar başda olmaqla miqrantların Türkiyədə saxlanılması siyasəti də Davutoğlunun yanlış siyasətinin nəticəsi kimi təqdim edildi.

Bütün bu proseslərin fonunda Davutoğlunun müxalifətlə əməkdaşlıq etməsi, “Altılı Masa”nın mühüm intellektual simalarından biri kimi çıxış etməsi AK Parti çevrələrində ciddi narahatlıq yaratdı. Təxminən son on il ərzində AK Parti rəhbərliyi ilə Davutoğlu arasındakı münasibətlər olduqca soyuq şəkildə davam etdi.

Hüsamettin İnaç hesab edir ki, mövcud vəziyyətdə, “Gələcək Partiyası”nın ləğvindən sonra Davutoğlunun AK Partiyaya qəbul edilməyəcək: “Çünki Davutoğlu onu Xarici İşlər naziri, partiya sədri və Baş nazir edən siyasi iradəyə qarşı ciddi və təsirli müxalifət aparmışdı. Bu cür siyasi qarşıdurmaların asanlıqla unudulacağını düşünmək doğru olmazdı.

Başqa tərəfdən, hazırda Hakan Fidanın həyata keçirdiyi xarici siyasət ilə Davutoğlunun “strateji dərinlik” anlayışına əsaslanan siyasəti arasında ciddi fərqlər mövcuddur. Davutoğlu daha emosional və ideoloji yanaşma ilə Orta Şərqlə sürətli inteqrasiyanı və bəzi digər aktorlardan uzaqlaşmanı təşviq edən xətt ortaya qoyurdu. Hakan Fidan isə əksinə, ABŞ, Rusiya, Çin kimi böyük güclərlə balanslı münasibətlər qurmağa və Orta Şərqdə prosesləri həmin güclərlə birlikdə idarə etməyə çalışan daha qlobal və makrostrateji yanaşma sərgiləyir”.

Politoloq bildirib ki, Davutoğlunun “dəyərli tənhalıq” kimi xarakterizə olunan siyasətinin Türkiyəni müəyyən mənada xarici siyasətdə tək qoyduğu iddia edilirdisə, Hakan Fidan bu gün xüsusilə Tramp və ABŞ administrasiyası ilə formalaşdırdığı sinerji fonunda Avropa Birliyi və NATO ilə koordinasiyanı gücləndirməyə, beynəlxalq aktorlarla əməkdaşlıq şəraitində prosesləri idarə etməyə çalışır.

“Hazırkı Türkiyə xarici siyasəti ideoloji yanaşmadan daha çox soyuqqanlı, tərəflərə nisbətən bərabər məsafəli və daha çox strateji ağıla əsaslanan siyasət kimi təqdim olunur. Bu isə Davutoğlunun irəli sürdüyü “strateji dərinlik” konsepsiyası ilə ciddi şəkildə ziddiyyət təşkil edir.

Sadalanan bütün bu səbəblər və dəyişmiş regional-beynəlxalq konjonktura nəzərə alındıqda, keçmişdə Suriyada həyata keçirdiyi siyasətə görə tənqid olunan və Orta Şərqin bugünkü düzəninin formalaşmasına mənfi təsir göstərdiyi düşünülən Ahmet Davutoğlunun AK Parti sıralarında yer alması, xüsusilə də xarici siyasətdə yenidən fəal rol oynaması real görünmür”-deyə politoloq bildirib.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 31 İyul 2026 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see334

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see328

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see327

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see325

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see322

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see319

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see308

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see259

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see258

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see243

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see234

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see229

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see213

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see209

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see205

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see203

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see203

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see203

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see202

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri