Hakan Safi “Fənərbaxça” prezidentliyinə namizədliyini açıqladı
Icma.az bildirir, Apasport portalına istinadən.
“Fənərbaxça”nın keçmiş idarəçilərindən olan Hakan Safi klubun növbədənkənar seçkili ümumi qurultayında prezidentliyə namizəd olduğunu açıqlayıb.
Apasport.az xəbər verir ki, Safi bu barədə yerli mətbuata açıqlama verib.
O, prezidentliyə namizədliyini rəsmi şəkildə elan etdiyini vurğulayıb.
Namizəd bildirib ki, məqsədi bütün "Fənərbaxça" ailəsini əhatə edən və birləşdirən idarəçilik modeli qurmaqdır. Safi qeyd edib ki, klubun yalnız idman təşkilatı deyil, milyonların qəlbində yaşayan böyük bir dəyər olduğunu nəzərə alaraq fəaliyyət göstərəcək.
O əlavə edib ki, əsas hədəfi ilk mövsümdəcə komandanı çempionluğa qovuşdurmaqdır. Safi həmçinin azarkeşlərin dəstəyi ilə klubun daha güclü və uğurlu gələcəyə daşınacağına inandığını bildirib.
Qeyd edək ki, “Fənərbaxça”da prezident seçkilərinin 6–7 iyun tarixlərində keçirilməsi planlaşdırılır.
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA Premyer Liqa: "Siti"dən kritik xal itkisi A Seriyası: "Roma"dan darmadağın Super Liqada ayrılıq: Volkan Demirel dövrü bitdi "Latsio" 3 xalı son dəqiqədə qazandı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 05 May 2026 22:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















