Icma.az
close
up
RU
Hakim partiya yeni reallıqlar fonunda

Hakim partiya yeni reallıqlar fonunda

Icma.az, Ses qazeti portalına istinadən məlumat verir.

Azərbaycan dövlətçiliyinin, onun müstəqilliyinin, bu gününün və sabahının qarantına çevrilən Yeni Azərbaycan Partiyası 32 illik tarixi yolda çətin, mücadilələrlə ötən zamanda üzərinə düşən missiyanı uğurla həyata keçirdi. Ötən əsrin 90-cı illərinin əvvəllərində səriştəli, yalnız milli dövlətçilik mənafelərinə xidmət edən hakimiyyətə, mövcud ictimai-siyasi böhranın, xaos və anarxiyanın aradan qaldırılması və inkişafın təməlinin qoyulmasına zərurət yaranmışdı. Bu elə bir zaman idi ki, həmin illərdə ölkəyə rəhbərlik edənlərin bacarıqsızlığı və bağışlanmaz səhvlərindən Azərbaycanda qeyri-sabitlik hökm sürür, torpaqlarımız Ermənistan tərəfindən işğal olunurdu. Azərbaycan xalqının ümidi, məhz zəngin dövlətçilik təcrübəsinə malik olan, dövlətin milli maraqlarını rəhbər tutan görkəmli siyasətçi Heydər Əliyevə idi. 1992-ci ilin oktyabrında bir qrup Azərbaycan ziyalısı "91-lər" Heydər Əliyevə müraciət edərək, Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etmişdi. Ümummilli Lider Heydər Əliyev isə ziyalılara ünvanladığı 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq vermişdi. Beləliklə, dövlətçiliyimizin məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığı zamanda 1992-ci ilin noyabr ayının 21-də yaradılan Yeni Azərbaycan Partiyası Azərbaycanın ictimai-siyasi həyatında əhəmiyyətli rol oynadı. 1992-ci il noyabrın 21-də Naxçıvanda YAP-ın təsis konfransında Ulu Öndər Heydər Əliyevin partiyanın Sədri seçilməsi artıq Azərbaycanın uğurlu gələcəyinin təməli demək idi. Siyasi səhnədə layiqli yer tutan YAP xalqı öz ətrafında sıx birləşdirdi və qısa bir zamanda ümumxalq partiyasına çevrildi. Ümummilli Lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasının fəaliyyət konsepsiyasını və prioritetlərini məhz zamanın tələblərinə, reallıqlarına uyğun müəyyənləşdirdi.

1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. 1993-cü il oktyabr ayının 3-də keçirilən prezident seçkilərində Heydər Əliyev qalib gəldi və YAP iqtidar partiyası kimi fəaliyyətini davam etdirdi. Ölkəmizdə davamlı islahatlar, irimiqyaslı layihələr həyata keçirildi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyinin və millətimizin qurtuluşu oldu. Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışından sonra ölkədəki AXC-Müsavat cütlüyündən miras qalmış xaos və anarxiya, Azərbaycanın dünya xəritəsindən silinməsi xülyası qısa zamanda aradan qaldırıldı. Separatçı qüvvələrin Azərbaycanı parçalamaq kimi məkrli niyyətlərinə son qoyuldu. Ordu quruculuğu sahəsində mühüm işlər görüldü. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışı və qətiyyətli addımları nəticəsində ölkə düçar olduğu böhran vəziyyətindən çıxarıldı. 1994-cü ildə Ermənistan ilə Azərbaycan arasında atəşkəs elan olundu. "Əsrin müqaviləsi"nin imzalanması, 1995-ci ildə Konstitusiyasının qəbul edilməsi kimi mühüm əhəmiyyətli işlərin həyata keçirilməsi ilə nəhəng dövlət quruculuğu işlərinə başlandı. YAP yarandığı zamandan nümunəvi və zəngin inkişaf yol keçib, səhifəsinə uğurlu tarixlər yazılıb. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz çox böyük uğurlar qazanmışdır. Son 21 ildə görülən işlər bunu deməyə əsas verir. YAP davamlı islahatlar çərçivəsində daha da təkmilləşib. Ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpasından sonra Azərbaycanın qarşısında yeni çağırışlar meydana çıxdı. Yeniləşən cəmiyyət, ictimai münasibətlərin inkişafı yeni reallıqlar yaradıb. YAP-ın hakim partiya kimi qarşısında yeni tələblər və vəzifələr dayanır. 44 günlük Vətən müharibəsində tarixi Zəfərdən sonra yaranmış yeni reallıqlar fonunda YAP-ın 2021-ci il martın 5-də baş tutmuş VII Qurultayı partiyanın və ölkənin inkişafında yeni mərhələnin başlanğıcı kimi xarakterizə olunur. Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Prezidenti İlham Əliyevin Qurultaydakı geniş məzmunlu, proqram xarakterli nitqində YAP üzvləri qarşısında yeni vəzifələri də müəyyənləşdirmiş oldu. YAP-ın VII qurultayının keçirilməsi Prezident İlham Əliyevin islahatlar siyasətinin davamıdır. 2018-ci il prezident və 2020-ci il parlament seçkilərindən, xüsusən də 2020-ci ildə İkinci Qarabağ müharibəsində əldə olunmuş Qələbədən sonra yaranmış yeni reallıq siyasi islahatların dərinləşməsi üçün zəmin yaratmış oldu. Mövcud vəziyyət hakim partiyada islahatların aparılması və yeni fəaliyyət prioritetlərinin müəyyən olunmasına zərurət yaratmışdır. Cənab Prezident YAP-ın VII Qurultayında çıxışı zamanı bildirdiyi kimi, "Biz reallıqları yaradan ölkəyik. Bundan əvvəlki dövrlərdə də bizim təşəbbüslərimizlə reallaşan bir çox layihələr bölgəyə yenilik gətirdi, əməkdaşlığın yeni formatlarını şərtləndirdi". Qurultayda qəbul olunmuş qərarlar partiyanın fəaliyyətində keyfiyyət etibarı ilə əhəmiyyətli dəyişikliklərə gətirib çıxardı. Qurultayda partiyanın rəhbər strukturlarının yenidən formalaşdırılması ilə bağlı əhəmiyyətli qərarlar qəbul edildi və yeni Nizamnaməsi təsdiq olundu. YAP-ın İdarə Heyəti, Təftiş Komissiyası, Veteranlar Şurası seçildi. Yeni idarəetmə modelini özündə ehtiva edən YAP-ın VII Qurultayda qəbul olunmuş qərarları milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını nümayiş etdirdi.

YAP həm iqtidar partiyası kimi, həm də ölkənin hər bir sahəsində təmsil olunan partiya kimi iqtidar-müxalifət dialoquna öz töhfəsini verməkdədir. Ölkəmizdə aparılan siyasi dialoq demokratik ənənələrin dərinləşməsi və siyasi sistemin təkmilləşməsi üçün böyük əhəmiyyət daşıyır. Əlbəttə ki, yeni çağırışların tələblərinə uyğun olaraq görülən işlər, yeni islahatlar və dəyişikliklər partiya həyatında daha çevik və effektiv idarəetmə mexanizminin formalaşdırılması baxımından böyük əhəmiyyət kəsb edir.

Heydər Əliyev irsinin təbliği və təşviqi, güclü iqtisadiyyat və davamlı inkişaf ədalətli sosial təminat və insan kapitalının inkişafı, vətəndaş cəmiyyətinin inkişafı, milli maraqlar və xarici siyasət, ordu quruculuğu, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış və s. YAP-ın Proqramında müəyyən olunan strateji hədəflər sırasındadır.

Cənubi Qafqazın ən böyük siyasi partiyası olan YAP qalibiyyətlər, qələbələr, zəfərlər partiyasıdır və bundan sonrakı fəaliyyətində də Ümummilli Lider Heydər Əliyevin ideyaları, Prezident İlham Əliyevin rəhbərliyi ilə daim inkişaf edəcək. Yeni reallıqlar fonunda uğurlara imza atan hakim partiya üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməklə Azərbaycanın növbəti tarixi nailiyyətlər qazanmasına və yeni strateji zirvələr fəth etməsinə layiqli töhfəsini verəcəkdir.

Güləddin DADAŞOV,

YAP Nəsimi rayonu Üzeyir Hacıbəyli küçəsi 62 ərazi partiya təşkilatının sədri, "Azərkontrakt" Açıq Səhmdar Cəmiyyətinin sədr müavini

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Noyabr 2024 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see278

Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi VİDEO

17 Sentyabr 2026 18:50see264

Vərəmin icbari tibbi sığorta hesabına müalicəsi təklif edilib

17 Sentyabr 2026 15:46see260

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see248

Hokkey üzrə dünya çempionu Hans Tvillinq 98 yaşında vəfat edib

18 Sentyabr 2026 03:33see233

Azərbaycanda mənzil almaq niyə əlçatmaz olub? REAL SƏBƏBLƏR

17 Sentyabr 2026 18:10see232

Şoyqu İrəvanı Rusiya biznesini ələ keçirməkdə ittiham edib

17 Sentyabr 2026 15:46see231

“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir AÇIQLAMA VİDEO

17 Sentyabr 2026 20:20see227

Mbappe “Real”ın əfsanələrindən danışdı

18 Sentyabr 2026 02:01see226

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see225

Polina Qaqarina ilə Vanya Dmitrienko çəkilişdə mübahisə etdilər

18 Sentyabr 2026 05:27see217

Robert Fitso bu gün Kiyevə gedir

18 Sentyabr 2026 02:04see217

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

18 Sentyabr 2026 03:03see210

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see210

Barselona Yamala görə dəstək aksiyasından imtina etdi

18 Sentyabr 2026 02:03see209

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see205

Sinan Akçıl sevgilisi olduğunu açıqladı: “Heç kim tuta bilmir”

18 Sentyabr 2026 01:36see201

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see196

ABŞ Pezeşkianla Əraqçiyə viza verdi

18 Sentyabr 2026 04:09see196

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri