Icma.az
close
up
RU
Hakim tanınmış həkimə Kamil Əhmədovun həyat yoldaşı pul olmadığına görə ölməlidir?

Hakim tanınmış həkimə Kamil Əhmədovun həyat yoldaşı pul olmadığına görə ölməlidir?

Icma.az xəbər verir, Pravda.az saytına əsaslanaraq.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə "Urmedhelp" və "My Doc Tour" adlı şirkətlərin sahibi Nuridə Seyidova və digər 2 nəfər – Aynur Bayramova ilə Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək.

İş üzrə 36 nəfər zərərçəkən var.

Vətəndaşlar uşaqlarının mübtəla olduqları ağır qan xərçəngindən qurtulmaları üçün çıxış yolu axtararkən müalicə üçün topladıqları pullar da əllərindən çıxarılıb. Nəticədə müalicəsizlikdən ölən körpələr də var.

Qansızlığı ilə diqqət çəkən dələduzluq işi üzrə 1 milyon manata yaxın qan, müalicə pulu mənimsənilib.

Bu qalmaqallı məhkəmə prosesi aylardır ki, davam edir.

Son prosesdə təqsirləndirilənlərin və zərərçəkənlərin vəsatəti əsasında əlavə şahid kimi dəvət olunmuş Talassemiya Mərkəzinin keçmiş baş həkimi Xuraman Cəfərova dindirilib.

O bildirib ki, 2012-ci ildən 2022-ci ilədək Mərkəzdə həkim kimi çalışıb. 2022-ci ildə qısa müddət Mərkəzin baş həkimi olub. Təqsirləndirilən şəxslərdən yalnız Aynur Bayramovanı tanıyır:

"Mərkəzə kuryer kimi gəlirdi. Türkiyədən gələn Akif hocaya əməliyyat üçün qeydiyyata aldığı xəstələrin siyahısını gətirirdi. 2022-ci ilin avqustunda bir xəstənin valideynindən eşitdim ki, Aynur Bayramovanın çalışdığı şirkətin vasitəsi ilə uşağı əməliyyata göndərmək istəyir. Dedim, onlara qətiyyən pul verməsin. Rəhbərliyimizə xəbər verdim, Aynur Bayramovanın Mərkəzə girişinin qarşısı alındı. Akif hoca professordur, 2009-cu ildən Fondun maddi dəstəyi ilə Türkiyədəki "Medical Park"a göndərilən xəstə uşaqları əməliyyat edir. İldə 3-4 dəfə Bakıya gəlir, Mərkəzdə həmin uşaqların müayinələrini aparır".

Keçmiş baş həkimin dediklərinə məhkəmə zalında əyləşmiş zərərçəkənlərdən birinin reaksiyası belə olub:

"O boyda xəstəxanada hansısa bir hoca oturub bu boyda işlər görüb, 36 xəstə uşağın valideynindən bu boyda pullar alınıb, siz isə deyirsiniz ki, heç nədən xəbərim olmayıb? Axı bunu görməmək mümkün deyildi".

Xuraman Hacıyeva bildirib ki, heç nədən xəbəri olmayıb.

Təqsirləndirilən Aynur Bayramova isə məhkəməyə keçmiş baş həkimin yalan danışdığını deyib:

"Necə yəni xəbərim yox idi. Bəs orda o boyda otaqda otururdum, xəstə uşaqlara şirkətin adından hədiyyələr paylayırdım, hansı ki, o uşaqlarla kənardan heç təmasa girmək olmazdı. Hər gün gəlib-gedirdim. Türkiyəyə göndərmək üçün bir uşağın qan nümunəsini də mənə vermisən...

Xuraman Cəfərova:

- Bəli, möhtərəm hakim, bir dəfə bu mənə zəng etdi, dedi ki, bir uşağın təcili qan analizi götürülməlidir, xahiş etdi ki, qan nümunəsini götürüm, verim mühafizəçiyə, gecə yoldaşı gəlib ondan götürsün. Mənsə dedim rəhbərliyə müraciət et, qoy mənə rəhbərlik tapşırsın. Rəhbərlik tapşırandan sonra qan nümunəsini götürüb mühafizəçiyə vermişdim".

Məhkəmə tərkibindəki hakim Şəlalə Həsənova Aynur Bayramovanın Mərkəzə sərbəst girişi məsələsinə daha ətraflı aydınlıq gətirilməsinə çalışıb:

"Gəlin, belə danışaq. İndi mən durub Mətkəzə getsəm, heç qapıdan içəri buraxmazlar. Tibbi qaydalara görə düz də edərlər. Bəs necə olur ki, Mərkəzlə heç bir əmək müqaviləsi olmayan, Mərkəzə aidiyyəti olmayan Aynur Bayramova əlini-qolunu sallayaraq o qapıdan istədiyi vaxt o başa gedib, bu başa gəlib, Mərkəzin xəstələrini əməliyyat etdirmək üçün adamlardan pul toplayıb, Mərkəzin xəstəsinin qan nümunəsini götüzdürür, buna görə xəstənin ailəsindən pul alır, əməliyyat adı ilə yenə pul alır, siz də deyirsiz heç nədən xəbərim olmayıb.

Xuraman Cəfərova:

- Xəbərim olmayıb. Bunlar məndən əvvəlki baş həkimlərin vaxtında olub. Mən Aynurun xəstələrin valideynlərinə pulun bir hissəsini ailə, bir hissəsini hansısa xeyriyyəçi təşkilat ödəmək şərtilə uşaqları əməliyyata göndərmək təklifini eşidəndə onun Mərkəzə girişini qadağan etmişəm".

Sonra məhkəmə əlavə şahid qismində Gömrük Hospitalının cərrahı Mircəlal Kazımovu dindirib.

O bildirib ki, çalışdığı hospitalın Nuridə Seyidovanın rəhbəri olduğu şirkətlə müqaviləsi olub:

"2 il əvvələdək qaraciyər köçürülməsi əməliyyatı tibbi sığorta paketinə daxil deyildi. Belə əməliyyatlar ya iş adamları, ya Fond, ya da ayrı-ayrı xeyriyyə təşkilatlarının hesabına həyata keçirilirdi. Xəstəxanamızın belə təşkilatlardan biri olan Nuridə xanımın təşkilatı ilə müqaviləsi vardı. Həmin təşkilatın göndərişi ilə xəstəxanada 5 xəstəyə qaraciyər köçürülüb, bir xəstənin isə müayinəsi aparılıb. Ancaq heç birinin pulu xəstəxanaya köçürülməyib".

Hakim Şəlalə Həsənova:

- Burada bir zərərçəkmiş var. Pul köçürülmədiyinə görə həyat yoldaşı dünyasını dəyişib. Mən sizdən hakim kimi yox, bir vətəndaş olaraq soruşuram. Nəyə görə zərərçəkmiş Kamil Əhmədovun həyat yoldaşı pul olmadığlna görə ölməlidir?

Mircəlal Kazımi:

- Bu sualın cavabı məndə deyil. Bu sualın cavabını özünüz də yaxşı bilirsiniz. Sizin dediyiniz qlobal məsələdir. Təkcə zərərçəkən Kamil Əhmədovun başına gələn məsələ deyil. Bayaq da dediyim kimi, o vaxt qaraciyər köçürülməsi əməliyyatı tibbi sığorta paketinə daxil deyildi, belə əməliyyatların keçirilməsinə ya Fond kömək göstərməli idi, ya da hansısa iş adamı, xeyriyyəçi.

Mənim anam təcili əməliyyat olundu, biz də eyni halla qarşılaşdıq. Təəssüf ki, Nuridə Seyidovanın təşkilatı üzərinə götürdüyü ödənişi etmədi, nəticədə Kamil Əhmədovun həyat yoldaşı həyatını itirdi. Bu isə mənə aid bir məsələ deyil. Mən cərraham. Sadəcə, xəstənin adamları məndən soruşublar ki, pulu hardan tapa bilərik, mən də həmin təşkilatı xeyriyyəçi kimi tanıdığım üçün demişəm ki, gedin onlara müraciət edin".

Hakim Azad Məcidov bildirib ki, Mircəlal Kazımi ilə bağlı Baş Prokurorluğa qərar göndərəcək, araşdırma aparılsın.

Hakim deyib ki, Gömrük Hospitalı Nuridə Seyidovanın rəhbəri olduğu "Urmedhelp" MMC-yə qarşı 245 min manatlıq iddia qaldırıb. Məhkəmə iddianı təmin edib.

İttihama görə, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra ötən ilin fevralında cinayət işi başlanıb. Müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib.

Qeyd olunub ki, övladı qan xəstəliyindən əziyyət çəkən bir neçə valideyn Nuridə Seyidovaya ümumulikdə 67 min dollar veriblər. Nuridə Seyidova valideynlərə söz verib ki, sənədlər hazırlanandan sonra azyaşlı xəstələri Türkiyənin Antalya şəhərindəki "Antalya Medical Park" hospitala yollayacaq. Amma pulu alsa da, vədinə əməl etməyib.

Bundan başqa, Nuridə Seyidova yalandan bildirib ki, Şəkinin Cumakənd kənd sakini Vüqar İsayevin talasemiyadan əziyyət çəkən qızı Gülbər İsayevanın ilik transplantasiyası üçün tələb olunan laborator müayinələr, donor xərci, cərrahi əməliyyat və digər xərcləri qarşılamaq üçün tələb olunan pulu sponsorlar ödəyəcəkdilər. Guya əməliyyata 70 min dollar tələb olunub, onun da 20 min dollarını “Çinar Plaza”da ofisdə Nuridə Seyidova ondan alıb, qalan məbləği isə yardım olaraq xaricdəki donor təşkilatlar ödəyəcəyinə vəd edib. Sonra zərərçəkmişə məlum olub ki, ortada nə donor var, nə bir şey. Digər zərərçəkmiş Tural Nəsmiyev iki azyaşlı övladının müalicəsi üçün 2022-ci ilin mayında Nuridə Seyidovaya 35 min dollar verib.

Nuridə Seyidova onun övladlarının Türkiyədəki Samsun şəhərində müalicə olunacağını bildirib.

Həmin ilin oktyabrında Türkiyəyə gedib xəstəxanada gözləməyi tapşırıb. Tural Nəsmiyev 3 aydan çox həmin xəstəxanada qalsa da, nə donor, nə də əməliyyat olub. Hər dəfə Nuridə Seyidovayla əlaqə saxlayanda, sonuncu ona səbrli olmağı məsləhət görüb. Nəhayət, aldadıldığını başa düşən Tural Nəsmiyev Türkiyədə keçirdiyi aylar ərzində xərclədiyi 8 min manat ziyanla geri dönüb.

İttiham aktında göstərilib ki, Nuridə Seyidova vətəndaşlardan pulları əsasən "Çinar Plaza"dakı ofisdə alıb. İttiham aktında göstərilib ki, Nuridə Seyidova Aysel Məmmədova və Aynur Bayramova ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək onların övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manatlarını mənimsəyib.

Musavat.com

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://pravda.az
archiveBu xəbər 28 Aprel 2025 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubernator Trampa qarşı birlik yaradacaq

11 İyun 2025 09:01see161

Mançester Siti Şerkini transfer etdiyini açıqladı

11 İyun 2025 06:45see142

Çirklənmiş kondisioner pnevmoniyaya səbəb ola bilər

11 İyun 2025 03:43see127

Bu 6 peşədə işləyənlər diqqətli olsun Xərçəng riskini artırır

11 İyun 2025 22:00see124

Trabzonspor dan BƏƏ yə yollandı

11 İyun 2025 00:27see122

Cənnət alması sirkəsinin bilmədiyimiz faydaları

11 İyun 2025 12:18see121

Azərbaycan Respublikasının Prezidenti Fərman imzalayıb

11 İyun 2025 16:03see118

Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası

11 İyun 2025 12:20see116

Kreml Bakının tələbindən yayınmaq üçün buna əl atdı

11 İyun 2025 10:39see115

Orta Dəhliz regional əməkdaşlığa geniş meydan açır

11 İyun 2025 09:51see115

Finlandiya Polşa matçı yarımçıq dayandırılıb

11 İyun 2025 01:00see115

İranın cənubunda metanol anbarında baş verən yanğında 3 nəfər ölüb

11 İyun 2025 14:04see114

Rusiya sözün həqiqi mənasında başını itirib

11 İyun 2025 06:36see114

Bu qurumda İşçi qrupunun sayı artırılıb Fərman

11 İyun 2025 15:52see114

Xarkova kütləvi hücum zamanı yaralananların sayı 50 ni keçdi, iki nəfər öldü KONKRET

11 İyun 2025 09:05see113

Gəncədə minik maşınları toqquşub

11 İyun 2025 00:22see113

Saray körpüsünün yaxınlığında çökən yol təmir edilib

11 İyun 2025 12:17see112

Tahir Mirkişili: Ailə dəyərlərinin güclü olduğu ölkələrdə iqtisadi üstünlük formalaşır

11 İyun 2025 16:59see112

Baqajına görə təyyarəyə buraxılmadı: Tələb şoka saldı

11 İyun 2025 00:41see112

Yuxuda müdürünün ad gününü təbrik etmək nə deməkdir?

11 İyun 2025 09:51see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri