Hakimin verdiyi qərarlar isə anlaşılmaz idi Rafinya
Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Barselona" UEFA Çempionlar Liqası 1/4 final mərhələsinin cavab oyununda səfərdə "Atletiko"nu 261 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi iki matçın nəticəsinə görə 2:3 hesabı ilə geridə olduğu üçün turnirdə mübarizəni dayandırıb.
"Barselona"nın futbolçusu Rafinya qarşılaşmadan sonra açıqlama verib. Braziliyalı vinger hər iki görüşdə hakimlərin onların əleyhinə qərarlar verdiyini deyib:
"Atletiko" ilə hər iki oyunda bizi soydular. Səhvlər insan təbiətinin bir hissəsidir, amma bunun bir mərhələdə iki dəfə təkrarlanması fəlakətdir. "Barselona" çox yaxşı oynadı, lakin bu oyunu da əlimizdən aldılar. Hakimlik dəhşətli idi, referinin verdiyi qərarlar isə anlaşılmaz idi. "Atletiko" saysız-hesabsız qayda pozuntusu etdi, amma hakim onlara heç sarı vərəqə belə göstərmədi. Onun "Barselona"nın növbəti mərhələyə keçəcəyindən çəkinməsini çox yaxşı anlayıram. Hər iki oyunda meydanda daha yaxşı tərəf biz idik. Sonda top qapıdan keçməli idi. Amma bu baş vermədi. Erik Qarsiyaya qırmızı vərəqə göstərilməsinin nə dərəcədə doğru olduğunu bilmirəm. Həmin epizodda Jül Kunde də yaxında idi. Amma yekunda qərarı hakim verdi və bununla da komandamız üçün hər şey bitdi".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:184
Bu xəbər 15 Aprel 2026 16:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















