“Hakimlər Hidayətə çempion olmağa imkan vermədilər” Video
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Hakimlər Hidayətə çempion olmağa imkan vermədilər”.
“Qafqazinfo” xəbər verir ki, bunu cüdoçumuz Hidayət Heydərovun atası İnayət Heydərov Avropa çempionatında oğlunun gümüş medal qazanmasını şərh edərkən deyib.
Onun sözlərinə görə, görüşlər çətin olub: “Yaxşı güləşdi. Hakimlər imkan vermədi ki, o, birinci olsun. Finalda gürcü idmançısı ilə qarşılaşdı. Hidayət 4 dəfə ona qalib gəlib. Laşa bir dəfə də onu udmayıb. Xəbərdarlıq düşmədiyi halda hakimlər qələbəni Laşaya verdilər”.
Qeyd edək ki, Azərbaycan cüdoçusu Hidayət Heydərov Avropa çempionatında final görüşündə gürcüstanlı Laşa Şavdatuaşvili ilə üz-üzə gəlib. İdmançımıza görüşdə məğlub olaraq gümüş medal qazanıb.
Daha ətraflı videoda:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 19 Aprel 2026 15:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















