“Hakimlər rəqibin lehinə qərarlar verdi” Millimizin baş məşqçisi
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Oyunçularımız çox yaxşı oynadılar, sonadək vuruşdular”.
“Qafqazinfo” xəbər verir ki, bunu kişi basketbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Tahir Baxşıyev Kosovoya səfərdə 79:81 hesabı ilə uduzduqları dünya çempionatının seçmə mərhələsinin matçı ilə bağlı danışarkən deyib.
Mütəxəssis hakim idarəçiliyindən narazı qalıb:
“Oyundan əvvəl də şansların bərabər olduğunu demişdim. Buna baxmayaraq, uşaqlar sonadək vuruşdular. Qələbə də qazana bilərdik. Ancaq alınmadı. Bu görüşdə hakimlərin qərarları meydan sahiblərinin xeyrinə oldu. Bu da bizə çətinliklər yaradırdı. Buna baxmayaraq, basketbolçular çox yaxşı oynadılar, sonadək vuruşdular. Qalibiyyət əldə etməyi çox istəyirdik, bu dəfə alınmadı”.
Qeyd edək ki, Azərbaycan millisi fevralın 23-də Bakıda İrlandiyanı qəbul edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 21 Fevral 2025 11:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















