Icma.az
close
up
RU
Hallüsinasiya (qarabasma). Səbəblər

Hallüsinasiya (qarabasma). Səbəblər

Saglamolun saytına istinadən Icma.az xəbər verir.

Hallüsinasiya ilə bağlı zarafatlar əyləncəli və gülməli gələ bilər. Lakin bu hallüsinasiyalar sizdə baş verdikdə artıq elə də gülməli olmur.

İndiki zamanda daimi stress hallüsinasiyalara gətirib çıxarda bilər. Amma bunlardan qurtulmaq elə də asan deyil. Bəs hallüsinasiya nədir?

Hallüsinasiya — mövcud olmayan bəzi obyektləri görmək, eşitmək, qoxusunu hiss etmək, toxuna bilmək kimi səhv duyğuların beyin tərəfindən gərçək kimi qəbul edilməsidir. Hallüsinasiya termini illüziya ilə bənzərlik təşkil edir. İllüziya müəyyən bir görüntünün göz tərəfindən səhv qəbul edilməsinə deyilir. İllüziyalar insanın görmə bucağı dəyişdiyi zaman baş verir. Hallüsinasiyalarda isə adam gördüyü şeylərin həqiqi olduğuna inanır və onları realda hiss edirmiş kimi yaşayır.

Psixoz xəstəliklərində hallüsinasiya hallarına tez-tez rast gəlinir. Xəstə səhv, real olmayan bir çox şeyi gerçəklik kimi qavrayır. Paranoid-şizofreniyaya tutulmuş xəstələr mələk, cin və şeytanlara oxşar varlıqların onu öldürməyə və ya yaxşılıq etməyə gəldiklərini iddia edirlər. Hipnoz yuxusu altında da bəzən müvəqqəti hallüsinasiyalar yaranır. Hallüsinasiyaların təsiri altına düşən xəstə intihar edə bilər. Gözə görünən hallüsinasiyalara əsasən müxtəlif şəkillər aiddir. Onlar qəribə, qeyri-adi heyvanlar, qorxunc başlı insanlar və s. görürlər.

Hallüsinasiyaya tutulan xəstələrdə yanlış qavrayış üstünlük təşkil edir. Onlar öz qavrayış hissinə əmindirlər. Onlara elə gəlir ki, onların gördüyü və düşündüyü qeyri-real hadisələr ətraf mühitdə gərçəkdən mövcuddur.

Psevdohallüsinasiya anlayışı da mövcuddur. Psevdohallüsinasiyada xəstələr öz yanlış xarakterini dərk edirlər. Hallüsinasiyanı illüziyadan fərqləndirmək lazımdır. İllüziya (latınca illusio — yanlış fikir, yalan) — real, mövcud olan obyektin və ya hadisənin təhrif olunmuş qavrayışıdır. Amma hallüsinasiya zamanı yanlış qavrayış subyekt özü olmadığı halda yaranır.

Hallüsinasiya sağlam insanda da yarana bilər. Həddindən çox işləmək, sistematik yuxusuzluq müəyyən vaxtdan sonra hallüsinasiyanın yaranmasına gətirib çıxarır.

Kiçik uşaqlar, hətta bəzi böyüklər də yatmazdan əvvəl və ya yuxudan oyananda hallüsinasiyaya tutulur. Buna səbəb isə gözlərin erkən sürətli hərəkəti adlı yuxu fazasıdır. Bu fazada insanlar parlaq yuxular görürlər. Hallüsinasiya psixoloji və ya somatik xəstəliklər zamanı, bəzi dərmanların, spirtli içki və ya narkotik maddələrin qəbulu nəticəsində də yarana bilər. Həmçinin, psixoloji depressiya da bura aiddir. Depressiyanın bu ağır formasına adətən hamiləlikdən sonrakı dövrdə və yaşlı xəstələrdə tez-tez rast gəlinir.

Hallüsinasiyanın təzahürü vaxtında müalicə edilməzsə, bu xəstəlik tərəqqi edə bilər. Mütləq həkimə, psixoloq və ya psixiatra müraciət etmək lazımdır. Müasir preparatlar uğurla bu işin öhdəsindən gələ bilir. Bu psixi pozuntunun öhdəsindən daha yaxşı nəticəni isə psixiatr və psixoloqun birgə fəaliyyətindən əldə etmək olar. Özünüzü və sağlamlığınızı qoruyun. Sağlamlıq insan üçün çox vacib və əhəmiyyətlidir.

Aygün Ağabalayeva

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

pcc.az

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 14 Oktyabr 2026 22:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see402

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see294

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see268

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see240

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see224

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see204

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see202

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see200

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see190

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see186

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see181

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see178

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see177

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see177

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see170

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see170

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see167

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see163

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see156

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri