Icma.az
close
up
RU
Hamı başqa ixtisas gözləyirdi, o isə müəllimliyi seçdi 637 bal toplayan Lera

Hamı başqa ixtisas gözləyirdi, o isə müəllimliyi seçdi 637 bal toplayan Lera

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yüksək nəticə göstərərək müəllimlik ixtisasını seçən gənclərlə müsahibələrimiz davam edir. Növbəti həmsöhbətimiz 637.1 bal toplayaraq Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat və fizika müəllimliyi ixtisasına qəbul olan Lera Safiyevadır.

L. Safiyeva Qusar rayon Piral kənd tam orta məktəbinin məzunudur. Hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat və fizika müəllimliyi ixtisasında təhsil alır.

AzEdu.az Lera ilə əlaqə saxlayaraq yüksək bal toplamasına baxmayaraq məhz bu ixtisası və universiteti seçməsinin səbəblərini, uşaqlıq arzusunu və gələcək planlarını öyrənib.

Müsahibimiz gələcəkdə xaricdə təhsil almağı planlaşdırdığını qeyd edib:

"Uşaqlıqdan müəllimlik peşəsinə böyük həvəsim olub. Düşünürəm ki, müəllim olmaq həm çox məsuliyyətli, həm də son dərəcədə gözəl bir peşədir. Ailəmdə bu peşəni seçən tək şəxs mənəm.

Qəbul imtahanında 637 bal topladığımı biləndə müəllimlik ixtisasını seçməyimə təəccüblənənlər çox oldu. Bəziləri elə düşünür ki, yüksək bal toplayan tələbə mütləq başqa ixtisasları seçməlidir. Lakin zənimcə, hər kəsin öz seçimi və öz səbəbləri var. Əsas məsələ insanın gələcəkdə öz işini sevərək görməsidir.

Təbii ki, hazırlıq dövründə bəzən yorulduğum anlar da oldu. Rejimim belə idi: səhər saat 6-7 radələrində durur, gecə saat 11-də yatırdım. Gün ərzində müəyyən fasilələr verməklə ancaq dərs oxuyurdum. Bu müddətdə telefondan və sosial şəbəkələrdən də istifadə edirdim. Çünki əsas məsələ vaxtı düzgün bölməkdirdir. Telefon diqqəti yayındıra bildiyi üçün dərs oxuyan zaman onu başqa otağa qoyurdum.

Məncə, uğurun sirri davamlı çalışmaq, səbirli olmaq və özünə inanmaqdır. Əlbəttə, bu yolda ailəmin dəstəyi də mənim üçün çox önəmli oldu. Xüsusilə atamın dəstəyi və mənə olan inamı bu nəticəni əldə etməyimdə böyük rol oynadı.

Bakalavr təhsilimi bitirdikdən sonra magistratura oxumaq istəyirəm. Hətta gələcəkdə xaricdə təhsil almaq da planlarım arasındadır. Bunun üçün indidən özümü inkişaf etdirmək, ingilis dilimi yaxşılaşdırmaq və paralell olaraq data analitikasını öyrənmək istəyirəm. Gələcəkdə tam olaraq hansı istiqamətdə davam edəcəyimə isə zamanla dəqiq qərar verəcəyəm.

Mənim üçün ən yaxşı müəllim dərsini yaxşı izah edən, səbirli olan və şagirdlərini başa düşən müəllimdir. Şagirdlər müəllimdən çəkinmədən sual verə bilməlidirlər. Mən də müəllim olsam, istəyərəm ki, şagirdlərim məni onları başa düşən və kömək edən biri kimi tanısınlar.

Abituriyentlərə ilk növbədə özlərinə inanmağı və ruhdan düşməməyi tövsiyə edirəm. Başa düşmədikləri mövzuları sonraya saxlamasınlar, səhvlərini araşdırsınlar və mütəmadi təkrar etsinlər. Yalnız çox test işləmək yox, səhvlərin səbəbini anlamaq vacibdir. Ən əsası isə ixtisas seçiminə ciddi yanaşsınlar. Təkcə yüksək bal toplamağı düşünməsinlər, gələcəkdə hansı sahədə işləmək istədiklərini nəzərə alsınlar. İnsan başqalarının fikrinə görə deyil, öz istəyini və gələcəyini düşünərək seçim etməlidir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 10 Oktyabr 2026 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see357

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see294

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see282

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see281

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see243

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see243

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see235

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see226

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see225

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see221

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see220

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see213

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see211

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see209

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see202

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see200

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see196

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see189

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see187

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri