Hamı deyir ki, bu nə iydir sizdən gəlir? Sakinlər acınacaqlı vəziyyətdə VİDEO
Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.
Neftçala rayonunun 2-ci Mayak kənd sakinləri mavi yanacağın olmamasından əziyyət çəkirlər.
Bizim.Media xəbər verir ki, onlar Baku TV-nin qaynar xəttinə müraciət edərək illərdir acınacaqlı vəziyyətdə yaşadıqlarını bildiriblər.
“Camaat təzək yığır. Onunla ev qızdırarlar?! Üstümüzdən hiss iyi gəlir. Bir yerə çıxan kimi hamı “bu nə qoxudur sizdən gəlir?” deyirlər. Soba sönən kimi evimiz buz kimi olur”, – deyə sakinlərdən biri narazılığını ifadə edib.
Digər bir vətəndaş isə belə deyib: “Kənddə heç kim qalmayıb. Cavanlar buradan çıxıb gedir. Qonşuların hamısı xəstə adamlardır. Qazımız yoxdur, hansı dövrdə yaşayırıq?!”.
Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, ölkə üzrə qazlaşdırılmamış kəndlərin qazlaşdırılması Birliyin əsas prioritetlərindəndir:
“Qazlaşma proqramı daxili maliyyə imkanlarına uyğun olaraq mərhələli şəkildə həyata keçirilir. Sözügedən yaşayış məntəqəsinə küçə qaz xətlərinin çəkilişi işlərinə növbəti mərhələlərdə baxıla bilər”.
Daha ətraflı süjetdə:
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 18 Yanvar 2026 00:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















