Icma.az
close
up
RU
Hamilə qadın diş çəkdirə bilərmi?

Hamilə qadın diş çəkdirə bilərmi?

Icma.az bildirir, Saglamolun portalına istinadən.

Hamilə olduğunuz müddətdə hormon səviyyənizdəki dəyişikliklər diş əti xəstəliyi və digər diş problemlərini inkişaf etdirə bilər. Buna görə də, hamilə qadınlar bu müddətdə diş həkimi ilə müntəzəm olaraq əlaqə saxlamalı, dişlərinə daha diqqətli qulluq etməli və vaxtında müayinələrə getməlidir.

Amerika Stomatoloji Assosiasiyasının məlumatına görə, hamiləlik zamanı qadınlar ehtiyac olduqda dişlərini çəkdirə bilərlər. Bir qadının hamiləlik dövründə diş çəkdirə bilməz fikri yanlışdır. The New York Times-ın verdiyi məlumata əsasən, hamiləlik dövründə dişin çıxarılmasının və ya digər oral terapiyanın təhlükəsiz olduğuna dair sübutlar var.

Milli Ana və Uşaq Ağız Sağlamlığı Resursu Hamiləlik dövründə Ağız Sağlamlığına dair Milli Konsensus Bəyanatında da bu fikri ifadə edib. Açıqlamada hamiləlik dövründə yerli anesteziya, ağrıkəsici dərmanlar və rentgen şüalarının təhlükəsiz olduğu qeyd edilib.

Doğulmamış körpələrin lokal anesteziyadan necə təsirləndiyini göstərmək üçün Amerika Diş Həkimləri Assosiasiyasının jurnalı birinci trimestrdə lokal anesteziyaya məruz qalmış 210 hamilə qadını və bunu heç etdirməmiş 794 hamilə qadını araşdırıb. Tədqiqatın nəticələri göstərib ki, bu qadınların hamiləliyi və doğulan körpələr arasında ciddi fərq yoxdur. Bütün doğulan körpələrin doğum çəkisi və ya doğum günündə fərqlər aşkar edilməyib.

Amma mütəxəssislərin fikrincə, hamiləlik dövründə dişlərin çəkilməsinin zamanı çox önəmlidir. Amerika Hamiləlik Assosiasiyası əsas diş prosedurlarının 3-6 ay arasında aparılmasını və vacib olmayan diş prosedurlarının doğuşdan sonrakı dövrə qədər təxirə salınmasını tövsiyə edir. Əgər həqiqətən təcili tədbirlərə ehtiyacınız varsa və diş ən qısa zamanda çəkilməlidirsə, hansı ay olmasının əhəmiyyəti yoxdur. İltihablı və ya ciddi zədələnmiş dişi mümkün qədər tez çəkdirmək həm sizin, həm də körpəniz üçün daha faydalı hesab edilir.

medicalmedia.az 

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Oktyabr 2026 00:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see462

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see405

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see403

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see304

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see291

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see285

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see283

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see280

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see271

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see267

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see249

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see244

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see243

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see239

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see238

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see238

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see237

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see235

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see232

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see230
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri