Icma.az
close
up
RU
Hamilə qadınlar vaksin vurdurmaqdan niyə çəkinirlər? Həkimdən AÇIQLAMA

Hamilə qadınlar vaksin vurdurmaqdan niyə çəkinirlər? Həkimdən AÇIQLAMA

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Son illərdə vaksinlərlə bağlı cəmiyyətdə müxtəlif fikirlər formalaşıb. Xüsusilə də hamilə qadınlar arasında bu məsələ ilə bağlı qorxu və tərəddüd daha çox müşahidə olunur. İnsanlar bəzən vaksinlərin mümkün yan təsirlərindən, bəzən də onların hamiləlik dövrünə təsirindən ehtiyat edirlər.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən həkim-terapevt Günay Lətifova bildirdi ki, hamilə qadınlar adətən vaksin vurdurmaqdan çəkinirlər:

"Ümumiyyətlə, insanlar arasında vaksinlə bağlı müəyyən psixoloji gərginlik mövcuddur. Təəssüf ki, bu, koronavirus dövründən sonra yaranan bəzi mənfi təəssüratlarla əlaqədardır. Amma qeyd etdiyim kimi, əgər hər hansı bir vaksin Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənib və ictimaiyyətə təqdim olunubsa, deməli, o, çoxsaylı elmi araşdırmalardan və təhlükəsizlik yoxlamalarından keçib. Buna görə də tövsiyə edərdim ki, mütəxəssislər çıxıb ətraflı şəkildə kimlərin bu vaksini vurdura biləcəyi, kimlər üçün isə əks göstərişlərin mövcud olduğu barədə məlumat versinlər. Çünki hər bir vaksinin tərkibi fərqlidir və onun dəqiq məzmununu bilmədən fikir bildirmək düzgün olmaz".

Həkimin sözlərinə görə, hamilə qadınlar isə bu məsələdə daha diqqətli olmalıdırlar:

"Əgər vaksin hamilələr üçün hər hansı yan təsir yarada bilərsə, bu, mütləq şəkildə nəzərə alınır və həmin vaksin onlara tətbiq olunmur. Yəni əgər vaksin hamilələr üçün uyğun deyilsə, onlara vurulmur və bu, rəsmi qaydada müəyyənləşdirilir. Bir daha vurğulamaq istərdim ki, hər vaksinin tərkibi fərqli olduğuna görə, onun konkret komponentlərini bilmədən fikir yürütmək düzgün deyil. Bu səbəbdən, vaksinlə bağlı kimlərə icazə verildiyi, kimlər üçün isə məsləhət görülmədiyi barədə mütəxəssislərin rəsmi açıqlama verməsi daha məqsədəuyğun olardı".

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 14 Oktyabr 2025 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see310

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see304

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see300

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see285

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see284

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see277

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see268

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see266

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see265

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see251

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see237

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see227

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see226

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see223

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see221

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see219

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see212

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see211

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see187

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri