Hamilə tələbələrə 5 min manat verəcəklər Bu şərtlərlə
Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiyanın 38 regionunda hamilə tələbələr üçün birdəfəlik maddi yardım tətbiq olunub.
Redaktor.az xəbər verir ki, ödənişin məbləği bəzi regionlarda 250 min rubla (5 026 manat) qədər çatır.
Hazırda bu ödənişlər Adıgey, Qaraçay-Çərkəz, Mari El, Tatarıstan, Çuvaşiya respublikalarında, Altay, Stavropol və Xabarovsk diyarlarında, bir sıra vilayətlərdə, eləcə də Sankt-Peterburqda tətbiq edilir.
Rusiya regionlarına ötən ildən etibarən əyani təhsil alan hamilə tələbələr üçün ən azı 100 min rubl (2 011 manat) məbləğində əlavə birdəfəlik ödəniş müəyyən etmək hüququ verilib. Regionlar yardımın verilməsi üçün əlavə şərtlər də müəyyənləşdirə bilərlər.
Məsələn, Xabarovsk diyarında ödəniş almaq üçün tələbənin 18–23 yaş arasında olması tələb edilir. Saratov və Penza vilayətlərində isə bu yardım yalnız əyani deyil, qiyabi təhsil alan hamilə tələbələrə də şamil olunur.
Əksər regionlarda ödəniş almaq üçün hamiləliyin ən azı 12 həftə olması və tələbənin həmin regionda minimum üç il yaşaması tələb edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 17 Sentyabr 2026 11:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















