Hamilələr 20 ci həftəyə kimi antibiotikdən maksimum uzaq durmalıdır Təhlükələri
Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Makrolid, xinolon, tetratsiklin, sulfoniamid və metronidazol qeyri-ixtiyari abort, düşük riski yaradaraq, hamiləliyin 20-ci həftəsinə kimi zərərlidir.
Bunu Kanada tibbi asosiasiyasının elmi dərgisində çap olunan yeni araşdırma sübut edir.
Medicina.az bildirir ki, 8700 nəfər hamiləlikdə düşük keçirmiş qadınların tibbi sığorta məlumatlarında qəbul etdikləri dərmanlar araşdırılıb.
Məlum olub ki, 16% qadınlar hamiləliyin birinci trimestrində antibiotik qəbul etmişdilər. Antibiotiklərdən Azitromisin düşük riskini 65%, klaritromisin isə 2 dəfə artırmışdı.
Araşdırmaçılar çox sayda hamilə qadına bu qədər antibiotik təyin olunmasına təəccüb ediblər.
Lakin elə hallar var ki, ağır bakterial infeksiyalarda hamilələrə az dozada da olsa antibiotik təyin edilməlidir.
Saglamolun.Az
Baxış sayı:150
Bu xəbər 14 Oktyabr 2026 22:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















