Icma.az
close
up
RU
Hamilələr bu vərdişdən UZAQ DURMALIDIR

Hamilələr bu vərdişdən UZAQ DURMALIDIR

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

“Hamiləlikdə alkoqolun az miqdarda istifadəsinin də təhlükəsiz olduğu düşünülməməlidir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun mama-ginekoloqu Ruidə İsayeva qurumun “Instagram” səhifəsində keçirilən canlı yayım zamanı deyib.

Onun sözlərinə görə, hamiləlik zamanı zərərli vərdişlər dedikdə ilk növbədə tütün və alkoqol istifadəsi nəzərdə tutulur.

“Ümumiyyətlə, insanlıq üçün zərərli vərdişlər deyəndə ilk öncə tütün istifadəsi, siqaret və alkoqollu içkilər yada düşür. Əlbəttə ki, bunların istifadəsi hamilələr üçün ziyanlıdır. Hər birisinin istifadəsi düşüklərə, bətn­daxili inkişaf ləngimələrinə, erkən doğuşa səbəb ola bilər”, - deyə mama-ginekoloq bildirib.

R.İsayeva qeyd edib ki, hamilə qadın aktiv tütün istifadəçisi olmasa belə, passiv tütün tüstüsünün təsirinə məruz qala bilər. Bu səbəbdən ətrafında tütün istifadə edən şəxslərin olduğu mühitdən mümkün qədər uzaq durmaq tövsiyə olunur.

Dediyinə görə, alkoqolun hamiləlik zamanı istifadəsində miqdarın az və ya çox olmasının təhlükəsizliyə zəmanət verdiyini düşünmək doğru deyil.

“Alkoqolun az miqdarda istifadəsinin heç bir təsiri olmaz deyə bir durum yoxdur. Alkoqolun hər miqdarda, az miqdarda da istifadəsi hamiləliyin gedişatına mənfi təsir edir”, - deyə o vurğulayıb.

Mama-ginekoloq əlavə edib ki, həkim tövsiyəsi olmadan dərman, vitamin və bioloji aktiv qida əlavələrindən istifadə də hamilə qadınların uzaq durmalı olduğu vərdişlər sırasındadır.

“İndiki ən çox rast gəldiyimiz hallardan biri də həkim tövsiyəsi olmadan geniş kütlənin istifadə etdiyi informasiya mənbələrindən, qohum-qonşudan, ətrafdakı insanlardan alınan məsləhətlərə uyğun olaraq hansısa dərman vasitələrinin, vitaminlərin, bioloji aktiv qida əlavələrinin istifadəsidir. Mən bunları da hamilələr üçün ziyanlı vərdişlər qrupuna daxil edərdim”, - deyə Ruidə İsayeva bildirib.

O, hamilə qadınlara istifadə etdikləri hər bir dərman vasitəsi, vitamin və digər əlavələrlə bağlı əvvəlcə həkimdən məsləhət və tövsiyə almağı tövsiyə edib.

Zeynəb Rzayeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:88
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 16 Sentyabr 2026 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see291

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see287

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see272

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see267

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see266

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see265

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see260

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see254

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see252

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see242

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see233

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see229

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see228

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see226

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see220

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see214

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see213

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see210

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see207

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri