Hamiləlik zamanı parasetamolun qəbulu uşaqlarda bu xəstəliyin riskini artırır
Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Norvegiya İctimai sağlamlıq institutunun alimləri xəbər verir ki, hamiləlik zamanı parasetamolun qəbulu uşaqda gələcəkdə astmanın inkiaşafı riskini artırır.
Alimlər vurğulayıblar ki, parasetamol hamilə qadınlar arasında ən populyar dərmanlardan biridir və qadınlar bu dərmandan yüksək hərarət və ağrılar zamanı tez-tez istifadə edir.
MedicalNewsToday xəbər verir, alimlər 1 mln.-dan artıq uşaqların sağlamlığını analiz ediblər. Məlum olub ki, parasetamolun hamiləlik zamanı qəbulu uşaqlarda astmanın riskini xeyli artırır (xüsusilə hamilə qadın bu dərmandan bir neçə dəfə istifadə etdikdə).
Alimlər qadınlara hamiləlik zamanı parasetamolu yalnız çox ciddi səbəblər olduqda və həkimlə məsləhətləşdikdən sonra qəbul etməyi tövsiyə edirlər.
Nəzərinizə çatdıraq ki, parasetamol bir çox hərarətsalan və ağrısızlaşdıran dərmanların tərkibinə daxildir. Bu dərmanların arasında panadol, ferveks, taylenol, efferalqan, antiflu, koldreks, teraflu və s.
Saglamolun.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 17 Noyabr 2024 15:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















