Icma.az
close
up
RU
İstehsalçıdan mağazaya qədər qiymət niyə şişir?

İstehsalçıdan mağazaya qədər qiymət niyə şişir?

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Məhsulların istehsalçıdan istehlakçıya çatana qədər qiymətində bir neçə mərhələdə əlavə xərclər və marjalar formalaşır.

İstehsalçı, topdansatışçı, distribütor və pərakəndə satıcının payı, eləcə də logistika, anbar, vergi və digər xərclər məhsulun son satış qiymətinə təsir göstərir.

Bəzi hallarda isə məhsulun ilkin qiyməti ilə mağazadakı satış qiyməti arasında ciddi fərq yaranır. Bu baxımdan qiymətin hansı mərhələdə və hansı səbəblərdən artması, vasitəçilərin rolu və bazarda qiymətlərin formalaşmasına nəzarət mexanizmləri maraq doğurur.

Mövzu ilə bağlı “Cebheinfo.az”-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, məhsuldan məhsula fərq böyükdür:

“Ona görə də istehsalçı, topdansatışçı və pərakəndə satıcının son qiymətdə sabit payını müəyyən etmək mümkün deyil. Ərzaq məhsullarında ümumi yanaşma kimi istehsalçı qiyməti son pərakəndə qiymətin təxminən 50-70 faizini təşkil edə bilər. Qalan hissə isə logistika, topdansatış və pərakəndə ticarət marjası, vergi və digər xərclərin payına düşür.

Lakin bəzi məhsullarda istehsalçının payı daha aşağı, pərakəndə və vasitəçi marjaları isə daha yüksək ola bilər.

İstehsalçıdan mağazaya qədər qiymətin ciddi artmasının əsas səbəbləri nəqliyyat və yanacaq xərcləri, anbar və soyuducu sistemlərinin saxlanması, məhsul itkisi, qablaşdırma, vergi və digər əməliyyat xərcləridir.

Bundan başqa, məhsulun bir neçə vasitəçinin əlindən keçməsi hər mərhələdə əlavə marjanın yaranmasına səbəb olur. Tələb-təklif nisbəti, mövsümilik, idxal məhsullarında valyuta məzənnəsi və gömrük xərcləri də son qiymətə təsir edir.

Vasitəçilərin rolu xüsusilə kənd təsərrüfatında daha nəzərəçarpandır. Fermer məhsulunu aşağı qiymətə satdığı halda, məhsulun şəhərə daşınması, çeşidlənməsi, saxlanması və bir neçə dəfə alınıb-satılması nəticəsində mağazadakı qiymət xeyli yüksələ bilər”.

O bldirib ki, amma bütün qiymət fərqini vasitəçinin mənfəəti kimi qiymətləndirmək də düzgün deyil:

“Bu fərqin içərisində real logistika və ticarət xərcləri də var. Süni qiymət artımının qarşısını almaq üçün əsas mexanizmlər rəqabət qaydalarının tətbiqi, bazarda dominant mövqedən sui-istifadənin və qiymət razılaşmalarının araşdırılması, istehlakçı hüquqlarının qorunması və ticarət obyektlərində qiymətlərin şəffaf göstərilməsidir.

Burada əsas məsələ sadəcə qiymətin yüksək olması deyil, bazar iştirakçısının rəqabəti məhdudlaşdıraraq və ya razılaşdırılmış şəkildə qiyməti süni artırıb-artırmamasıdır. Əslində problemin daha fundamental həlli istehsalçı ilə istehlakçı arasındakı zəncirin qısaldılmasıdır”.

İqtisadçı qeyd edib ki, fermerlərin kooperativlər vasitəsilə birbaşa supermarketlərə çıxışı, logistika və anbar infrastrukturunun inkişafı, topdansatış bazarlarında şəffaflığın artırılması və elektron ticarət platformalarının genişləndirilməsi vasitəçi xərclərini azaltmaqla həm istehsalçının gəlirini, həm də istehlakçı üçün daha münasib qiyməti təmin edə bilər.

Aişə
“Cebheinfo.az”

Açar sözlər: qiymət Akif Nəsirli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 Avqust 2026 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see353

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see293

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see292

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see291

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see283

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see275

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see268

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see267

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see266

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see253

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see248

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see247

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see245

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see244

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see235

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see234

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see232

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see222

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri