Icma.az
close
up
RU
Hamiləlikdə saçlar niyə tökülür?

Hamiləlikdə saçlar niyə tökülür?

Pravda.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hamiləlik bir çox qadın üçün həyatın ən mənalı və ən özəl dövrü hesab olunur. Çünki bir möcüzəyə həyat vermək, onun bədəndə böyüməsinə şahidlik etmək və saysız-hesabsız ilkə təcrübə etmək olduqca xüsusi bir haldır. Hamiləlik hər nə qədər özəl olsa da, bu dövrdə baş verən hormonal dəyişikliklər bəzi fiziki dəyişikliklərə də səbəb ola bilər. Bu dəyişikliklərin başında isə saç tökülməsi gəlir.


Pravda.az hamiləlik dövründə saç tökülməsinin artmasının səbəblərini təqdim edir:


Hamiləlik dövründə saçlara necə təsir edir?


Qadınların həyatında yeni bir mərhələnin başlanğıcı olan hamiləlik həm fizioloji, həm də psixoloji dəyişiklikləri özü ilə gətirir. Bu dəyişikliklərin ən çox hiss olunduğu sahələrdən biri də saçlardır. Bəzi ana namizədləri hamiləlik zamanı saçlarının daha sağlam və gur olduğunu söyləsə də, bir çox qadın tam əksini təcrübə edir. Saçlarında kişi tipli tökülməsini yaşayan qadınların saç diblərində seyrəlmələr müşahidə olunur. Bunun əsas səbəblərindən biri saçlarda quruluğun artmasıdır. Hamiləlik dövrü saçların ən çox nəmləndirməyə ehtiyac duyduğu mərhələlərdən biridir. Saç follikullarının daha az sebum ifraz etməsi saçın nəmini itirməsinə gətirib çıxarır.


Hamiləlikdə saçlar niyə tökülür?


Hamiləliklə birlikdə təkcə saç tökülməsi deyil, dəri və dırnaqlarda da müxtəlif problemlər meydana çıxa bilər. Hormonal dəyişikliklərin yanaşı, şəkərli diabet, qalxanabənzər vəzi (tiroid) pozğunluqları və digər metabolik xəstəliklər də hamiləlikdə saç tökülməsinə səbəb ola bilər. Əlavə olaraq bu dövrdə artan mineral və vitamin tələbatı da saçların vəziyyətinə birbaşa təsir göstərir. Orqanizmdə bu maddələrin azalması saçların zəifləməsi və tökülməsi ilə nəticələnə bilər. Eyni zamanda, doğuşa nəzarət üçün istifadə edilən dərmanların (antikonseptivlərin) dayandırılması da saç tökülməsinə təsir edən faktorlar arasındadır.


Əsas səbəb hormonlardır
 

Hamiləlikdə ən çox rast gəlinən problemlərdən biri də saç tökülməsidir. Bir çox ana namizədinin narahatlıqla yanaşdığı bu hal, əsasən hamiləliklə birlikdə dəyişən hormonların fiziki təsirləri ilə izah olunur. Demək olar ki, bütün hamilələr bu dövrün müəyyən mərhələlərində saç tökülməsi yaşayır. Saç diblərində nəzərəçarpacaq seyrəlmələrə səbəb ola bilən bu vəziyyətin əsas səbəbi estrogen və progesteron hormonlarının artmasıdır. Bu hormonal dəyişiklik bəzi qadınlarda saçların gurlaşmasına səbəb olsa da, bir çox qadında əks təsir göstərir.
Əminə Bayramova 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://pravda.az
archiveBu xəbər 21 Aprel 2025 08:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yayda ətir necə seçilməlidir? Tanınmış əttardan TÖVSİYƏLƏR

07 İyun 2025 13:47see183

Yığmamız Avropa kubokunun yarımfinalında Malta ilə qarşılaşacaq

07 İyun 2025 23:39see134

Bu gün İspaniya Portuqaliya finalı var

08 İyun 2025 10:46see120

“Hakimin az qala bütün qərarları ya Qarabağ ın, ya da Sabah ın narazılığına səbəb oldu”

08 İyun 2025 04:24see119

"Qumar kralı" "sağ əli" həbs edildi

07 İyun 2025 23:06see118

“Bizə “avtobus müxalifəti” deyənlər bir həqiqəti qulaqlarına sırğa etsinlər ki...”

08 İyun 2025 19:43see118

Münxendə insanlara bıçaqla hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib

08 İyun 2025 04:24see117

Astronomlar ilk dəfə unikal ulduzları kəşf edirlər..?

08 İyun 2025 00:17see116

Klopp Real a hücumçu təklif etdi

07 İyun 2025 23:00see115

DİQQƏT! Bu ərazilərdə qaz KƏSİLƏCƏK

07 İyun 2025 10:37see115

40 il Korsikaya qarşı vuruşan Fransa... Niyə erməni separatizminə hə, rus separatizminə yox deyir...

07 İyun 2025 20:10see115

Əfran İsmayılov: Hansısa oyunçunu yoxlamaq, kimisə hazırlamaq dövrü arxada qaldı

07 İyun 2025 09:00see114

Təhlükəli epizodlar yaratdıq Fernandu Santuş

07 İyun 2025 19:52see114

YPX maşınına yol verən sürücüyə cərimə yazıldı VİDEO

07 İyun 2025 17:51see114

Zaxarova Zelenskini təhqir etdi: ...alçaq hərəkətə əl atıb

07 İyun 2025 21:57see114

Maskın təklifi

08 İyun 2025 04:23see114

Bakıda marketdən pul oğurlandı

07 İyun 2025 17:58see113

İlon Maskdan gözlənilməz həmlə ABŞ ı heyrətə saldı

07 İyun 2025 17:56see113

Rusiya ordusu Sumı şəhərinə yaxınlaşır

07 İyun 2025 17:23see113

Cəlilabadda minik avtomobilləri toqquşub

08 İyun 2025 18:47see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri