Icma.az
close
up
RU
Hamiləlikdən sonra idman

Hamiləlikdən sonra idman

Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hamiləlik vaxtı fiziki fəallığın özünəməxsus faydası olduğu kimi, doğuşdan sonra idmana başlamaq üçün də kifayət qədər müsbət səbəblər mövcuddur.

Mütəxəssislər hamiləlikdən sonra idmanın aşağıdakı üstünlüklərini vurğulayırlar:
– arıqlamağa yardım edir;
– bədənin kardiovaskulyar vəziyyəti yaxşılaşdırır;
– əzələlərin gücləndirir və yığılmasına yardım edir;
– enerjinin artmasına səbəb olur;
– əhval-ruhiyyəni yüksəldir;
– stressi azaldır;
– doğuşsonrası depressiyadan profilaktikadır və depressiyadan bərpa olunmağa yardım edir.

Nə vaxt başlamalı?
Həkimlər təbii doğuşdan sonra 6 həftəyə kimi gözləməyi tövsiyyə edirlər. 6 həftənin tamamında ginekoloji müayinədən keçdikdən sonra həkimin icazəsi ilə yüngül fiziki çalışmalar etməyə başlamaq olar. Gəzinti, dartınmalar, az yüklü aerobik hərəkətlər tamamilə uyğundur.

Qeysəriyyə əməliyyatı keçirən analara isə idman etmək üçün tamamən bərpa olunmalarını gözləmək məsləhət görülür. İdmana başlamazdan əvvəl yara və tikişlər tamamilə sağalmalıdır. Adətən bunun üçün həftələr tələb olunur. Lakin buna baxmayaraq yüngül gəzinti sağalma prosesini tezləşdirir və ağırlaşmaları aradan qaldırır. İstənilən fiziki fəallıq həkimlə məsləhətdən sonra həyata keçirilməlidir.Hər iki növ doğuşdan sonra analar az yüklü idman hərəkətlərinə üstünlük verməlidirlər.

Əmizdirən analar idmanın südlərinə ziyan verə bilməsindən narahat olurlar. Lakin ana yüngül idman edirsə və bu zaman rahat, ölçüsü düzgün olan büstqalter geyinirsə və döşlərində heç bir ağrı və narahatlıq yoxdursa, idmana davam edə bilər. İdmandan öncə körpəni əmizdirmək tövsiyyə edilir ki, məşq zamanı döşlərdə dolğunluq narahatlığa səbəb olmasın. Məşq zamanı və sonrası kifayət qədər su içmək əsas şərtlərdəndir.

Doğuşdan sonra idman üçün ümumi qaydalar:
– idmana başlamaqdan öncə və sonra əzələləri isitməyə və soyutmağa vaxt ayırın;
– ehtiyatla fiziki fəallığa başlayın və fiziki yükü yavaş-yavaş artırın;
– çoxlu su için;
– ifrat yorğunluğa yol verməyin;
– ağrılar müşahidə olunarsa, məşqi dayandırın.

Beləliklə, doğuşdan sonra ən səmərəli idman növləri olaraq aşağıdakılar tövsiyyə olunur:
– üzgüçülük;
– yüngül qaçış;
– velosiped sürmək;
– cəld gəzişmək;
– dartınmalar.

Hazırladı: Zülfüqarova Səltənət

Vib.az

.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Oktyabr 2026 03:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see416

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see272

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see254

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see238

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see218

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see216

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see208

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see207

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see206

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see194

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see190

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see188

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see187

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see184

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see181

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see181

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see177

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see173

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see168

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri