Hamilənin ölümünə səbəb olmaqda təqsirləndirilən həkimin cəzası azaldılıb
Icma.az, Apa.az saytına istinadən bildirir.
Hamilənin ölümünə səbəb olmaqda təqsirləndirilən Masallı rayon Mərkəzi Xəstəxanasının həkim-anestezioloqu 70 yaşlı Nofəl Səlimovla bağlı hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, bu gün Şirvan Apellyasiya Məhkəməsində hakim Yaşar Həşimovun sədrliyi ilə keçirilən prosesdə həkim ona bəraət verilməsini xahiş edib.
Məhkəmə verilmiş ittiham üzrə Cinayət Məcəlləsinin 314.2-ci maddəsini məcəllənin 142.4-cü (Tibbi xidmətin göstərilməsi qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edib. İttiham edilən şəxsin cəzası əsas və əlavə cəzaya münasibətdə 6 ay azaldılıb.
Xatırladaq ki, Masallı Rayon Məhkəməsinin qərarı ilə Nofəl Səlimova 2 il müddətə peşə fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə, 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilib və cəzası 1 il 6 ay müddətinə sınaq müddəti seçilməklə şərti hesab olunub.
Qeyd edək ki, hadisə 2024-cü ilin noyabr ayında baş verib. 29 yaşlı Elnurə Kərimli 38 həftəlik hamiləliklə Masallı rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə daxil olub. O, qeysəriyyə əməliyyatı olunub. Körpəsi sağlam dünyaya gəlsə də, qadının halı pisləşib və onda qıcolma yaranıb. Pasiyent Bakıya Respublika Kliniki Xəstəxanasına göndərilib və orada dünyasını dəyişib.
Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq,
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 12 Noyabr 2025 19:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















