Icma.az
close
up
RU
Şirvanda körpə ölümünə görə həkimin cəzası məlum oldu

Şirvanda körpə ölümünə görə həkimin cəzası məlum oldu

Icma.az, Medicina portalına istinadən məlumat verir.



Şirvan Apellyasiya Məhkəməsində Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Regional Perinatal Mərkəzin doğum evində 1989-cu il təvəllüdlü Günay Ağayevanın yenidoğulmuş körpəsinin ölməsi ilə bağlı təqsirli bilinən Mərkəzin Doğum şöbəsinin həkim mama-ginekoloqu Naibə Mahmudovanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Medicina.az Pravda.az-a istinadla xəbər verir ki, sonuncu prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Sabirabad Rayon Məhkəməsinin hökmü təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə təqsirli bilinməsi hissəsində ləğv edilib.

Cinayət-Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən, əməldə cinayət tərkibi olmadığına görə ona CM-in 313-cü maddəsi ilə bəraət verilib. Naibə Mahmudovanın əməli CM-in 314.2-ci (Səhlənkarlıq) maddəsindən həmin məcəllənin 142.4-cü (Tibbi xidmətin göstərilməsi qaydalarını pozma) maddəsinə tövsif edilib. Təqsirləndirilən şəxs CM-in 142.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində CM-in 62-ci maddəsi tətbiq olunaraq müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməməklə iki il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum olunub.

Qeyd edək ki, aparılmış araşdırmalarla sözügedən mərkəzin Doğum şöbəsinin həkim mama-ginekoloqu Naibə Mahmudova və həkim-neonatoloqu Gülnarə İmanova tərəfindən tibbi yardımın tam həcmdə göstərilməməsi, yəni doğuşdan öncə dölün vəziyyətinin düzgün qiymətləndirilməməsi, Günay Ağayevaya diaqnozun düzgün təyin edilməməsi, tibbi göstəriş olmasına baxmayaq, əməliyyatın gecikdirilməsi, həmçinin yenidoğulmuşun real vəziyyətinin düzgün qiymətləndirilməməsi və zəruri tibbi yardımın tam həcmdə göstərilməməsi nəticəsində yenidoğulmuş körpənin ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.

Sabirabad Rayon Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli hökmü ilə ona bir il müddətinə mama-ginekoloq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə üç il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdi.

medicina.az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 07 Noyabr 2025 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri