Icma.az
close
up
RU
“Hamımızın bir ortaq Vətəni var: Azərbaycan” Zahid Oruc

“Hamımızın bir ortaq Vətəni var: Azərbaycan” Zahid Oruc

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanın dünyəvi dövlət quruluşunun qorunması, milli kimliyin möhkəmləndirilməsi və cəmiyyətdə birliyin saxlanılması dövlət siyasətinin mühüm istiqamətlərindəndir.

SİA xəbər verir ki, bunu Milli Məclisin deputatı Zahid Oruc parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, Azərbaycanın tarixi inkişafında əsas milli ideyalardan biri etnik kimliyin qorunması və müstəqil dövlət qurmaq iradəsi olub. Onun sözlərinə görə, Azərbaycan xalqını yalnız müxtəlif imperiyaların təsiri altında yaşamış toplum kimi təqdim etmək onun zəngin tarixi keçmişini nəzərə almamaq deməkdir.

Zahid Oruc qeyd edib ki, Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın dövlətçilik modelinin formalaşdırılmasında mühüm rol oynayıb. O, Azərbaycanın nə başqa dövlətlərin dini idarəçilik modelini, nə də onların konstitusiya quruluşunu təkrarladığını, öz milli kimliyinə və dövlətçilik ənənələrinə əsaslanan yol seçdiyini vurğulayıb.

Deputat Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” fikrini xatırladaraq bildirib ki, milli kimlik və azərbaycançılıq ideyası cəmiyyətin birliyinin əsaslarından biridir.

O, Vətən müharibəsində müxtəlif etnik və dini mənşələrə malik insanların vahid bayraq altında birləşməsini Azərbaycanın milli həmrəyliyinin göstəricisi kimi qiymətləndirib. Zahid Orucun sözlərinə görə, Qarabağ Zəfəri ölkənin hərbi qüdrəti ilə yanaşı, milli dövlət quruluşunun gücünü də nümayiş etdirib.

Deputat həmçinin vurğulayıb ki, Azərbaycanın dünyəvi dövlət quruluşunun qorunması hər hansı dinə və ya məzhəbə qarşı yönəlməyib. Onun fikrincə, fərqli dini inanclara və etnik mənsubiyyətlərə malik vətəndaşların ortaq Vətən ətrafında birləşməsi dövlətin əsas güc mənbələrindəndir.

“Hamımızın bir ortaq Vətəni və bir qalib dövləti var: Azərbaycan”, – deyə Zahid Oruc bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://sia.az
archiveBu xəbər 23 Oktyabr 2026 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see356

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see348

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see268

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see261

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see253

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see245

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see243

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see242

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see236

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see236

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see226

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see219

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see215

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see212

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see206

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see202

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see198

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see196

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see193

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri