Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“HANI VLADİMİR?...” “Tarixi görüş” gözləntisi fiaskoya uğrayır

“HANI VLADİMİR?...” “Tarixi görüş” gözləntisi fiaskoya uğrayır

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İstanbulda Rusiya və Ukrayna arasında keçirilən görüşdə hansısa ciddi nəticənin əldə edilə biləcəyinə dair ümidlər getdikcə zəifləyir. Hansı ki, bir çoxlarının bu görüşlə bağlı gözləntiləri böyük idi. Xüsusilə də o kontekstdə ki, Tramp, Putin və Zelenski arasında ehtimal edilən görüş əsl dönüş nöqtəsi ola bilərdi. Ancaq bu, baş vermədi.

“Tədbir diplomatik məyusluğa çevrildi: media zarafatla "Hanı Vladimir?", - deyə soruşur. Bununla belə, sülhə olan ümid hələ də tam sönməyib”.

“AzPolitika” xəbər verir ki, “The Telegraph”-da dərc edilən yazıda belə deyilir.

Nəşr qeyd edir ki, Zelenski doğrudan da vəd etdiyi kimi Türkiyəyə gəldi, lakin İstanbulda Putinlə deyil, Ankarada Ərdoğanla görüş keçirdi: “Bu zaman Putin Moskvada qalıb, bankirlərlə görüşüb, quru qoşunlara komandanlıq edən general Oleq Salyukovu işdən çıxarıb və sair. Daha əvvəl Putin İstanbula gəlsə, o da gedəcəyini deyən Tramp Yaxın Şərqdə qalıb. Nəticədə mayın 15-də heç bir əsaslı danışıqlar olmadı - hətta köməkçilər arasında da.

Rusiya keçmiş mədəniyyət naziri Vladimir Medinskinin başçılıq etdiyi nümayəndə heyətini göndərib. Onun iştirakı simvolik görünür və Zelenskinin dediyi kimi, bu heyət sırf görüntü xatirinə göndərilən “dekorativ” heyətdir. Moskva bir daha 2022-ci il İstanbul Kommunikesində təsbit edilmiş şərtləri irəli sürür: Ukrayna NATO-dan imtina etməli, tərksilah edilməli, neytrallığı qəbul etməlidir. Ona verilən “zəmanət” isə Rusiya Federasiyasının veto hüququndan asılı olacaq. Kiyev hələ o vaxt bu şərtləri kapitulyasiya hesab edərək, rədd etdi”.

Nəşr yazır ki, gözlənilən, lakin baş tutmayan bu görüş Uinston Çörçill, Franklin D. Ruzvelt və İosif Stalinin 1945-ci ilin fevralında Yaltada keçirilən görüşündən sonra ən mühüm görüşlərdən biri, hətta tarixi bir görüş ola bilərdi: "Əgər Donald Tramp, Vladimir Putin və Volodimir Zelenski İstanbulun əzəmətli Dolmabaxça sarayında ziyafət süfrəsi ətrafında toplaşsaydılar, Avropanın taleyini dəyişə bilərdilər. Əvəzində bu, üç liderdən heç birinin İstanbulda görünmədiyi bir fars və çaşqınlıq günü, dünya mətbuatının “hanı Vladimir” soruşduğu gün idi".

Bununla yanaşı, nəşr qeyd edir ki, formal uğursuzluğa baxmayaraq, avropalı diplomatlar ümidlərini itirmirlər. Onlar Trampın Putinə qarşı səbrini itirməyə başladığı fikrini irəli sürürlər. Belə ki, Putin özünün bəyan etdiyi danışıqlara məhəl qoymayıb və 30 günlük atəşkəs çağırışlarını rədd edib. Diplomatlar deyirlər ki, bu cür inadkarlıq Trampı Rusiyaya qarşı sərt sanksiyaları dəstəkləməyə sövq edə bilər.

Senator Lindsi Qrem artıq Rusiya neftinin idxalçılarına 500 faizlik tarifləri nəzərdə tutan qanun layihəsini təklif edib. Onun fikrincə, bu, Rusiya iqtisadiyyatına kritik zərbə vura bilər. Gözləntilərə baxmayaraq, ABŞ Prezidenti hələ ki, qətiyyətli reaksiya göstərməyib və baş verənlərdən məyus olmadığını iddia edib.

O, təyyarədə jurnalistlərə deyib: "Mən məyus deyiləm... Niyə məyus olmalıyam?"

Onun mövqeyini dəyişib-dəyişməyəcəyi hələlik məlum deyil. Ancaq analitiklərin fikrincə, Trampın hərəkətlərini proqnozlaşdırmaq mənasız işdir.

Əlavə edək ki, Rusiya və Ukrayna arasında Türkiyədə danışıqlar mayın 15-də baş tutmalı idi. Lakin baş tutmadı. Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bəyan edib ki, mayın 16-da səhər saat 10-dan etibarən Ukrayna nümayəndə heyətini gözləyəcəklər.

Qeyd edək ki, bu nümayəndə heyətlərinin görüşündən doğrudan da hansısa fövqəladə qərarlar gözləməyə dəymir. Ümumiyyətlə, çoxları unudur ki, Putinin İstanbulda görüş təklifi Avropa liderlərinin ABŞ-nin dəstəyi ilə Kremlə verdiyi sanksiyalar ultimatumundan dərhal sonra gəldi. Yəni, Putindən gələn bu təklif hansısa ciddi və Rusiya üçün təhlükəli sanksiyaların qarşısını almaq və vaxt uzatmaq üçün atılan addım idi.

Trampın növbəti dəfə Putinin tələsinə düşərək Ukraynanı dərhal İstanbula getməyə vadar etməsi onu göstərdi ki, Putinin planı işə yaradı. Yəni, Putin atəşkəsə getmədən, Ukraynada hücumları davam etdirməklə paralel olaraq, danışıqlar görüntüsü yaratmaqla məşğuldur və Trampı da bu oyuna çəkməkdə davam edir. Ona görə də Avropanın və Ukraynanın “əvvəl atəşkəs, sonra danışıqlar” tələbi həm də Trampın sayəsində ikinci plana keçir. Bu isə o deməkdir ki, Tramp Avropa və Ukrayna ilə birgə hərəkət etyməyincə, Putin saxta danışıqlar fonunda müharibəni daha da şiddətləndirmək və Ukraynada mümkün qədər irəliləməkdə davam edəcək…

C.Məmmədli

“AzPolitika.info”    

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:297
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 16 May 2025 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see631

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see304

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see293

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see281

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see275

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see255

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see253

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see248

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see242

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see237

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see231

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see230

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see216

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see205

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see205

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see204

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see204

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see198

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see191

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri