Hansı keçmiş SSRİ ölkələrinin paytaxtında Bakı adlı küçə var?
Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı adı hazırda beş keçmiş SSRİ respublikasının paytaxtında küçə adı kimi mövcuddur.
Yeniavaz.com xəbər verir ki, bunlardan biri Moskva (Rusiya) şəhəridir.
Rusiya paytaxtında Bakı (“Bakinskaya”) küçəsi yerləşir. Küçəyə bu ad 1965-ci ildə verilib. Kiyevdə (Ukrayna) də Bakı küçəsi var. Bu küçəyə isə Bakı adı 1955-ci ildə qoyulub.
Bunlardan başqa Minskdə (Belarus) və Tbilisidə (Gürcüstan) Bakı adlı küçələr mövcuddur. Həmçinin Daşkənddə (Özbəkistan) də Bakı adlı küçə var.
Bakıda isə keçmiş SSRİ respublikalarının paytaxtlarından ancaq Moskva (Rusiya) və Tbilisiyə (Gürcüstan) aid küçə adları var. Daha əvvəl Bakıda Yerevan (Ermənistan) və Kiyev (Ukrayna) adlı küçələr olsa da, sonradan dəyişdirilib. Hazırda Nəsimi rayonunda yerləşən Vaqif prospekti əvvəllər Yerevan, Yasamal rayonunda yerləşən General Akim Abbasov küçəsi isə əvvəllər Kiyev prospektləri adlanıb.
Onu da bildirək ki, vaxtı ilə İrəvanda (Ermənistan) da Bakı adlı küçə olub və daha sonra bu küçənin adı dəyişdirilərək “Artsax” adlandırılıb.
Murad Məmmədov
Bu mövzuda digər xəbərlər:Keçmiş SSRİ ölkələrinin xalqları bizim xalqlarımızdır Lukaşenko
05 İyul 2025 19:44
“Qarabağ” keçmiş SSRİ ölkələrinin ən güclü klubudur UEFA açıqladı
02 Oktyabr 2025 10:25
Son 30 ildə keçmiş SSRİ ölkələrinin iqtisadiyyatı necə inkişaf edib? Tam siyahı
04 Sentyabr 2025 10:34
WUF13: Afrika ölkələrinin Bakı təqdimatları
20 May 2026 10:51
GUAM ölkələrinin komandası “Bakı Xankəndi” veloturunda yarışacaq
27 Fevral 2026 21:34
Baxış sayı:167
Bu xəbər 26 Avqust 2026 15:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















