Icma.az
close
up
RU
Hansı məhsulları alandan sonra qaytara bilərik?

Hansı məhsulları alandan sonra qaytara bilərik?

Icma.az, Missiya.az portalına istinadən məlumat yayır.


Bu gün Azərbaycanda istehlakçıların aldıqları malları müxtəlif səbəblərdən geri qaytarması zamanı satıcıların həmin malı geri qəbul etməməsi məsələsində ciddi problemlər var. Qanunvericiliyə əsasən, alınan hər hansı məhsul istehlakçını qane etmirsə, problemlidirsə onu geri qaytarmaq, dəyişdirmək mümkündür. Təbii ki, bunun üçün də şərtlər var. Lakin təəssüflər olsun ki, bəzi biznes qurumları bu qaydalara əməl etmir. Nəticədə alıcı və satıcı arasında mübahisə yaranır. Bəs, alınan mallar necə qaytarılmalıdır? Hansı məhsulların qanunla dəyişdirilməsi mümkün deyil?

Azad İstehlakçılar Birliyinin(AİB) sədri Eyyub Hüseynov Missiya.Az-a açıqlamasında deyib ki, sözügedən məsələ ilə bağlı demək olar ki, hər gün quruma şikayət daxil olur:

“Bununla bağlı ölkədə ciddi problemlər yaşanır. Nazirlər Kabinetinin 114 saylı qərarında nəzərdə tutulmuş məhsullar istisna olmaqla, digər alınan əşyalar, avadanlıqlar 14 gün müddətinə işlənməyibsə, alış-verişi sübut edən rəsmi sənədləri, üstündə etiketi varsa o halda belə qaytarıla və ya dəyişdirilə bilər. Əgər məhsulun fabrik və ya zavod qüsuru varsa birmənalı şəkildə qaytarılıb pulu geri almaq mümkündür”.

Eyyub Hüseynov vurğulayıb ki, Nazirlər Kabinetinin 114 saylı qərarında AİB-i və istehlakçıları təmin etməyən məqamlar var:

“Məsələn qanunda, qiymətli daş-qaşlar, qızıl zinət əşyaları geri qaytarılmayan əşyalar siyahısındadır. Düşünürəm ki, bu düzgün deyil. Amma bəziləri də var ki, haqlı olaraq sözügedən siyahıda yer alır. Məsələn diş fırçaları, iç geyimləri və s. Onu da diqqətə çatdırım ki, Nazirlər Kabinetinin qərarı 1998-ci ildə qəbul edilib və köhnəlib. İstehlakçıların hüquqları ilə bağlı qanun isə 1991 –ci ildə qəbul olunub. Həmin qanunda və Qurumun qərarında mütləq dəyişikliklər edilməlidir. Qanun bugünkü təlimata cavab vermir, istehlakçıları qane etmir. Hökumət biznes qurumları üçün rahat və təhlükəsiz şərait yaratsa da biznes qurumları bundan sui-istifadə etməkdə davam edir. Ən çox mürəkkəb texniki cihazlar satan biznes qurumlarından şikayətlər gəlir. Sanki istehlakçıları aldatmaq üçün bir-biri ilə “yarışırlar”. Mobil telefonlar, məişət cihazları və s. kimi avadanlıqların satışında ciddi problemlər baş verir. Ümumiyyətlə istehlakçı hüquqları tez-tez pozulur. Həmin məsələ ilə əlaqədar mühüm addımlar atılmalıdır”.

Zərintac Mayisqızı
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://missiya.az
archiveBu xəbər 10 Yanvar 2025 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see493

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see398

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see356

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see309

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see275

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see268

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see256

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see248

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see240

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see231

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see226

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see221

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see219

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see217

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see213

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see211

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see203

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see199

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see184

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri