Icma.az
close
up
RU
Hansı ölkələrdə Yeni ili qeyd etmək qadağandır? SİYAHI

Hansı ölkələrdə Yeni ili qeyd etmək qadağandır? SİYAHI

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bəzi regionlarda bu bayram ya qanunla qadağan edilib, ya da ənənəvi olaraq başqa tarixlərdə qeyd olunur. 

Lent.az xarici mediaya istinadla Yeni ilin dekabrın 31-də harada və niyə qeyd olunmadığını təqdim edir.

Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında Yeni il rəsmi olaraq qadağandır. Bu müsəlman ölkəsi İslam ənənələrinə ciddi riayət edir. Burada Yeni il simvollarından istifadə edə bilməzsiniz və onları satıb yerləşdirdiyiniz üçün cərimə də ala bilərsiniz. Ölkədə Yeni il əvəzinə dini bayramlara, eləcə də martın 21-nə təsadüf edən yaz gecə-gündüz bərabərliyinə xüsusi diqqət yetirilir.

Hindistan

Müxtəlif mədəniyyətləri və adət-ənənələri olan Hindistan Qriqorian təqviminə görə Yeni ili qeyd etmir. Hindistanlılar üçün il martın 22-də başlayır və müxtəlif ştatlarda bu günün öz adları var. Məsələn, Maharaştrada Qudi Padva, Andhra-Pradeşdə Uqadi, Keraleda isə Yeni il aprelin 13-də qeyd olunur və onu Vişu adlandırırlar.

Çin

Çin Yeni ili bütün dünyada geniş miqyaslı qeyd etmələri ilə məşhurdur. Bu, dekabrın 31-dən yanvarın 1-nə keçən gecə deyil, ilin ilk ayının ilk yeni ayına təsadüf edir. Tarix hər il dəyişir, yanvarın 12-dən fevralın 19-na düşür. Ay təqvimi ilə bağlı olan bu hadisə Çində mühüm mədəni ənənəyə çevrilib.

İran

İran böyük alim Ömər Xəyyamın iştirakı ilə hazırlanmış Hicri Şəmsi kimi tanınan günəş təqvimi ilə yaşayır. Burada Novruz kimi tanınan Yeni il gecə-gündüz bərabərliyi günündə - martın 22-də qeyd olunur. Bu, iranlıların təbiətin yenilənməsini simvolizə edən əsas bayramlarından biridir.

Banqladeş

Banqladeşdə Yeni il aprelin 14-də qeyd olunur, bu da Benqal Yeni ilidir. Bu, ənənəvi olaraq ölkənin parklarında və açıq meydançalarında keçirilən milli konsertlərin, yarmarkaların və mədəniyyət tədbirlərinin vaxtıdır.

Beləliklə, Yeni il universal bayram deyil. Bir çox ölkələrin xalqların mədəniyyəti və tarixi ilə sıx bağlı olan öz ənənələri və qeyd etmə tarixləri var.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:283
embedMənbə:https://lent.az
archiveBu xəbər 01 Yanvar 2025 19:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see401

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see388

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see317

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see311

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see297

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see287

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see274

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see268

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see267

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see254

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see237

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see236

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see231

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see230

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see229

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see227

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see224

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see217

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see217

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri