Icma.az
close
up
RU
Menu

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Hansı ölkələrdə Ramazan bu gün, hansılarda sabah başlayır... SİYAHI

Hansı ölkələrdə Ramazan bu gün, hansılarda sabah başlayır... SİYAHI

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İslam dinində vacib əməllərindən biri olan oruc ibadətinin icrasının həyata keçirildiyi müqəddəs Ramazan ayı başlayır.
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının fətvasına əsasən, bu il Azərbaycanda Ramazan ayının 1-i miladi təqvimlə sabaha - fevral ayının 19-na təsadüf edəcək. QMİ Ramazan ayının başlanma vaxtını Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının məlumatlarına əsaslanaraq elan edib.
Qeyd edək ki, İslam aləmində Ramazan ayının başlanması eyni günə təsadüf etmir. Əvvəllər olduğu kimi, bu il də müsəlman ölkələri Ramazan ayının başlanma vaxtını fərqli günlərə təyin ediblər.
İslam qanunlarına görə, ay təqviminin başlanğıcı və sonu təzə Ayın (Aypara-hilal) hərəkətləri ilə müəyyən edilir.

İslam fiqhində yeni ayın təyin olunması ilə bağlı iki əks fikir mövcuddur:
- vizual müşahidə metoduna üstünlük verənlər;
- qərarlarını elmi ölçmə və hesablamalara əsaslandıranlar.
Məhz buna görə, müsəlman ölkələrində Ramzanın başlanma tarixi baxımından fərqlər müşahidə olunur.

Qeyd edək ki, Azərbaycanla yanaşı, daha bir sıra ölkələrdə də Ramazan ayının başlanma vaxtı 19 fevrala təyin edilib.
Eyni zamanda, 18 fevralı tarixini Ramazanın ilk günü elan edən ölkələr də az deyil.
Modern.az saytı Ramazanın başlanmasını fərqli tarixlərə təyin edən ölkələrin adlarını dəqiqləşdirib.
Ramazana sabah - 19 fevralda başlayan ölkələr
İordaniyanın baş müftisi Əhməd əl-Həsənat Ayın görünməməsi səbəbindən Ramazan ayının 19 fevral - cümə axşamı günü başlayacağını elan edib.

Misirin baş müftisi Nazir Ayad da televiziya ilə yayımlanan açıqlamasında təzə Ayın görünmədiyini və buna görə də cümə axşamının (19 fevral) Ramazanın ilk günü olacağını bəyan edib

Türkiyə, Azərbaycan, İran, Oman və Suriyada da Ramazanın cümə axşamı günü – 19 fevralda başlayacağı rəsmən elan olunub.
Ramazana bu gün - 18 fevralda başlayan ölkələr
Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Yəmən, Fələstin, İraq, Bəhreyn, Küveyt və Livan isə 18 fevral tarixinin Ramazan ayının ilk günü olduğunu elan ediblər.
Səudiyyə Ərəbistanı Ali Məhkəməsinin yazılı açıqlamasında Ramazan ayının hilalının göründüyü və 18 fevralın Ramazan ayının ilk günü olduği bəyan edilib.

Qətər Vəqflər və İslam İşləri Nazirliyinin Hilal Görmə Komitəsi də 18 fevralın Ramazan ayının ilk günü olduğunu açıqlayıb.

BƏƏ-nin Prezident Məhkəməsi Ramazan ayının hilalının göründüyünü və 18 fevralın Ramazan ayının ilk günü olduğunu bildirib.

Yəmən Vəqflər və İrşad Nazirliyi də bu günü – 18 fevralı Ramazan ayının ilk günü elan edib.

Qüds və Fələstinin baş müftisi Şeyx Məhəmməd Hüseyn də Ramazan ayının ilk gününün 18 fevrala düşdüyünü açıqlayıb.

İraqda Sünni Vəqfi və Kürdüstan Regional Hökumətinin Vəqflər Nazirliyi Ramazan ayının ilk gününün 18 fevral olduğunu elan edib.

Bəhreyndəki Hilal Görmə Təşkilatı Ayparanı heç kimin görmədiyini, lakin Səudiyyə Ərəbistanında görülmənin qanuni olaraq təsdiqləndiyini və buna görə də 18 fevralın Ramazan ayının ilk günü olmasına qərar verildiyini bildirib.

Küveytdə Hilal Görmə Təşkilatı təzə Ayın göründüyünü və buna görə də 18 fevralın Ramazanın ilk günü olacağını açıqlayıb.
Livanın baş müftisi Şeyx Əbdüllətif Deryan da Aypara görünməsinin "bir çox ərəb və İslam ölkələrində" təsdiqləndiyini əsas gətirərərk, 18 fevralı Ramazan ayının ilk günü elan edib.
Ə.Qafarlı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:205
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 Fevral 2026 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see340

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see332

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see330

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see329

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see281

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see269

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see266

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see262

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see255

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see254

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see232

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see230

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see221

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see215

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see212

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see212

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see200

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see196

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see189

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri