Icma.az
close
up
RU
Hansı tanınmışlar Zəfər paradına dəvət olunub? 30 il gözləmişik!

Hansı tanınmışlar Zəfər paradına dəvət olunub? 30 il gözləmişik!

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Noyabrın 8-də Bakıda - Azadlıq meydanında hərbi parad təşkil olunacaq.

Zəfər Gününə həsr olunmuş hərbi parad öncəsi hazırlıqlar artıq yekunlaşmaq üzrədir. Hazırlıq tədbirləri çərçivəsində Azadlıq meydanı və ətraf ərazilərdə Azərbaycan Ordusunun parad məşqləri, eləcə də Hərbi Hava Qüvvələrinin təlim uçuşları həyata keçirilib.
Hərbi parada canlı tamaşa etmək təbii ki, əksər vətəndaşların istəyi sırasındadır.

Modern.az bir neçə tanınmış ictimaiyyət nümayəndəsinə "parada baxmağa gedəcəksinizmi" sualı ilə müraciət edib.
Milli Məclisin deputatı Aqil Abbas Zəfər Günü baş tutacaq hərbi paradda iştirak edəcəyini deyib:

“Bundan böyük, bundan gözəl gün varmı? Təbii ki, iştirak edəcəyik. Azərbaycan 200 illik bir əsarətdən qurtulub, işğaldan azad olunub. Mən arzu edərdim ki, bu parad hər il keçirilsin. Vaxtilə 9 Mayda hər il belə paradlar təşkil olunurdu və biz də iştirak edirdik. İstərdim ki, bu ənənə bərpa olunsun. Demirəm, mütləq hərbi parad kimi olsun, amma ümumi parad xarakterli tədbir keçirilsin. Hər il insanlar küçələrə, Azadlıq meydanına çıxıb bu qələbə gününü bayram kimi qeyd etsinlər”.

Xalq artisti Mənsum İbrahimov da zəfərimizə həsr olunmuş paradda iştirak edəcəyini söyləyib:

“Əlbəttə, iştirak etməyi düşünürəm. Bu, bizim qürur və zəfər paradımızdır. Biz bu zəfəri 30 il gözləmişik. Artıq bu il zəfərimizdən 5 il ötür. Müzəffər Ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə böyük tarix yazaraq mənfur düşməni torpaqlarımızdan qovdu. Əlbəttə ki, bu zəfəri igid şəhid və qazilərimizin sayəsində qazandıq. Bu gün biz qalib xalqın vətəndaşlarıyıq. Qarabağ sürətlə bərpa olunur, abadlaşır, artıq əhalimiz orada məskunlaşır. Bu, çox qürurverici hadisədir, bizim ən böyük bayramımızdır. Düşünürəm ki, Azərbaycan bayrağı daim zirvələrdə dalğalanacaq və biz də qürurla Zəfər paradında iştirak edəcəyik”.

AzərbaycanYazıçılar Birliyinin sədri Anar Rzayev isə bildirib ki, dəvət olunacağı təqdirdə Zəfər paradında iştirak edəcək.

Azad Vətən Partiyasının sədri Akif Nağı da öz növbəsində bu tarixin çox önəmli olmasından, eləcə də paradda iştirak etmək istədiyindən bəhs edib:

“Hər kəsin, eləcə də bizim arzumuzdur ki, Zəfər paradında iştirak edək. Bu, bizim üçün çox vacib bir tədbir və önəmli gündür. Hərbi parad qələbəmizin təsdiqinin simvoludur, Azərbaycan Ordusunun iradəsini bir daha dünyaya nümayiş etdirir. Eyni zamanda, ölkəmizin bütün sahələrdəki uğurlarını da təcüssün etdirir.

Təbii ki, çox istərdik ki, biz də o paradda iştirak edək. Partiyamızda belə bir təklif də müzakirə olunub ki, Azərbaycanda fəaliyyət göstərən siyasi təşkilatların rəhbərləri rəsmi qaydada paradda iştirak etsinlər. Bu, həm də ölkədə formalaşan partiyalararası dialoq mühitinə uyğun və müsbət bir addım olardı.

Əgər hər hansı formada, dəvət qaydasında və ya müşahidəçi kimi paradı izləmək imkanı olarsa, böyük məmnuniyyətlə iştirak edəcəyik”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 Noyabr 2025 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see322

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see316

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see313

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see299

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see299

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see290

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see280

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see280

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see278

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see264

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see246

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see237

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see236

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see232

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see232

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see229

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see223

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see220

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see198

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri